SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Milli Məclisin deputatları Gürcüstanda parlament seçkilərini müşahidə edirlər

8-10-2016, 10:11 | Oxunub: 9 120 |

Milli Məclisin deputatları Gürcüstanda parlament seçkilərini müşahidə edirlərXəbər verdiyimiz kimi, bu gün Gürcüstanda parlament seçkiləri keçirilir.

Emtv.az paytaxt Tbilisidə və Gürcüstanın bölgələrində səsvermənin gedişini Azərbaycandan gəlmiş deputatlar da izləyirlər.

Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, beynəlxalq müşahidə missiyasının üzvü Əflatun Amaşov jurnalistlərə müsahibəsində deyib ki, azərbaycanlı deputatların ikisi Tbilisidəki məntəqələrdə olub, səsvermə prosesini izləyiblər: “Deputatlarımız bir neçə seçki məntəqəsində olublar. Müşahidələrimiz zamanı heç bir qanun pozuntusu ilə qarşılaşmadıq. Səsvermə sakit, azad, şəffaf və demokratik keçir. Səsvermə başa çatdıqdan sonra Azərbaycandan gəlmiş müşahidəçilər nəticələrlə bağlı mövqelərini açıqlayacaqlar”.

Milli Məclisin deputat Sabir Hacıyev AŞPA-nın, Əli Məsimli GUAM PA-nın missiyası tərkibində səsvermənin gedişini izləyirlər.

Hər iki deputat müşahidə missiyasını Gürcüstanın bölgələrində həyata keçirir.

Azərbaycandan gəlmiş digər müşahidəçi, deputat Hikmət Məmmədov da səsvermə prosesi zamanı heç bir qanun pozuntusu ilə rastlaşmadıqlarını bildirib. O, ümumilikdə Tbilisidə 11 məntəqədə olacaqlarını və artıq onlardan 5-də səsvermənin gedişini izlədiklərini diqqətə çatdırıb. Vurğulayıb ki, səsverməyə hazırlıq yüksək səviyyədədir. Seçicilərin də siyasi fəallığı hiss olunur.

H.Məmmədov deyib ki, Gürcüstandakı parlament seçkilərini ciddi demokratiya yarışı da adlandırmaq olar. Seçkilərdə 20-yə yaxın siyasi partiya və seçki blokları iştirak edir. Seçki marafonu çox sakit və demokratik keçir. Bunu çoxsaylı beynəlxalq və yerli müşahidəçilər də təsdiq edirlər.

Xatırladaq ki, bu gün səhər Gürcüstanda parlament seçkiləri başlayıb. Saat 12:00-dək səsvermə ilə əlaqədar ciddi qanun pozuntusu qeydə alınmayıb.

Saat 11:00-dək seçicilərin 292 957 nəfəri və ya 8,34 faizi səsvermədə iştirak edib.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR