SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Xoşqədəm Hidayətqızının verilişi tənqid hədəfində

6-10-2016, 15:38 | Oxunub: 10 357 |

Xoşqədəm Hidayətqızının verilişi tənqid hədəfində“Xəzər” televiziyasında efirə gedən ''Bizə danış'' verilişində İmişli rayonunda atanın 8 il qızını zəncirləməsi ilə bağlı yayımlanan məlumatlar cəmiyyətdə birmənalı qarşılanmayıb. Bu cür xəbərlərin televiziyada işıqlandırılmasını, ictimailəşdirilməsini dəstəkləyənlərlə yanaşı, qarşı çıxanlar da var. Millət vəkili Aqiyə Naxçıvanlı azvision.az saytına açıqlamasında bu cür məlumatların televiziyada işıqlandırılmasının doğru olmadığını deyib. Millət vəkili hesab edir ki, Xoşqədəm Hidayətqızı və aparıcı Zaur Baxşəliyev insanların hissləri üzərində şou yaradır, özlərinə reytinq qazanırlar.
“Ümumiyyətlə, Zaur və Xoşqədəmin verilişləri nəyə lazımdır? Onların verilişləri bağlanmalıdır. İnsanların hisləri ilə oynayırlar. Belə verilişlər insanları daim stress və gərginlikdə saxlayır. Əgər Xoşqədəm xanım İmişlidə belə halla rastlaşmışdısa, efirə vermədən həll etməli idi. Bütün dünyaya çar çəkməyin nə mənası var”.
Millət vəkilinin bu fikirlərindən yola çıxaraq adını çəkdiyi aparıcıların təqdim etdikləri verilişlərə ehtiyac olub-olmaması ilə bağlı ekspert və millət vəkillərinin fikrini öyrənməyə çalışdıq. Həqiqətənmi İmişlidəki hadisənin ictimailəşdirilməsinə ehtiyac yoxdur?
Millət vəkili Aydın Mirzəzadə Publika.az-a bildirib ki, bu verilişlərdə problemləri işıqlandırmaq və ictimailəşdirməklə diqqəti belə faktların mövcudluğuna, yolverilməzliyinə yönəltməliyik:


“Təəssüf ki, hər iki aparıcının təqdim etdiyi verilişdə problem göstərilir, lakin həlli verilmir. Bu da cəmiyyətdə bu faktlar qarşısında bir çıxılmazlıq, çarəsizlik təəssüratı yaradır. Hesab edirəm ki, informasiya yayılandan sonra hadisə ilə bağlı səlahiyyətli qurumlar məsələyə münasibət bildirməli idi. Atanın övladlarını azadlıqdan məhrum etməsi bir tərəfdən mənəviyyat məsələsi, digər tərəfdən qanun pozuntusudur. Həmin ata məhkəmə qarşısında cavab verməli və həbs edilməlidir. Hadisəni bilib gizlədənlər də cəzalandırılmalıdır. Bu məsələ yolverilməzdir, gələcəkdə belə halların baş verməməsi üçün tədbir görülməlidir. Təəssüf ki, hadisə işıqlandırılır, bir neçə gün uzadılır, lakin rəsmi qurumların nə tədbir gördüyü barədə heç bir məlumat verilmir. Bu baxımdan məsələnin işıqlandırılmasının tərəfdarıyam, lakin buna operativ reaksiyanı da efirdə görmək istəyirəm. Problemi gizlətməklə bu halların təkrar baş verməsinə şərait yaratmış olarıq. Bununla yanaşı, məsələyə fərqli münasibət bildirənlərin fikirlərinə hörmətlə yanaşıram”.
Media eksperti Qulu Məhərrəmli bu cür mövzuların gündəmə gətirilməsinin əleyhinə olduğunu dedi:


“Xoşqədəm xanımın verilişini izləməmişəm. Lakin İmişlidəki mövzu çox həssasdır. O cür mövzuların ekrana çıxarılması doğru deyil. Bu məsələlərə məsuliyyətlə yanaşmaq lazımdır. Bizim aparıcılar, televiziya rəhbərləri belə mövzularda diqqətli olmalıdırlar. Dəfələrlə deyilir, tənqid edilir, amma yenə də reklam, yalançı reytinq marağını tamaşaçı marağı, ictimai dəyərdən üstün tuturlar. Televiziya tamaşaçısı kimi bunun qəti əleyhinəyəm”.
Milli.az xəbər portalının redaktoru Elçin Alıoğlu hesab edir ki, verilişlərin formatı dövlətin, millətin və tarixin qarşısında hesabat baxımdan müəyyənləşdirilməlidir:


“Hadisə baş verən zaman jurnalist hadisənin səbəbini və imkan olduğu halda nəticələrini araşdırmalıdır. İmişlidə baş verən hadisə Azərbaycana nə başucalığı gətirir, nə də mentalitetin üzərindən bir toz dənəsi düşməsinə səbəb ola bilər. Çünki bu hadisə digər ölkələrdə də baş verir və bundan sonra da, təəssüf ki, baş verəcək. Atanın övladına qarşı qəddarlıq etməsi faktı cəmiyyət üçün katarsis rolunu oynamalıdır. Buna isə hər bir vətəndaş və cəmiyyətin ehtiyacı var. Biz valideynlərin ailədə övladlarına qarşı zorakılığa son qoymalarını araşdırmalıyıq. Dövlətin bu sahədə qanunları var, cəmiyyət bu sahədə üzərinə düşən yükü anlamalıdır. Biz ailə dəyərlərinin qorunması zamanı valideynlərlə yanaşı, övladların da azadlığını başa düşməliyik. İmişli xəbərinin gizlədilməsində isə heç bir məna görmürəm. Gizlətdiyimiz halda hadisə öz-özünə yox olacaqdısa, buna razı olardıq. Məsələ Xoşqədəm xanım və ya başqa bir jurnalistin bunu aşkarlamasında deyil. Bu bizim cəmiyyətdə bəzi hadisələrin aşkarlanması istiqamətində medianın suçlanması, insanların ittiham edilməsini və çox da sağlam olmayan anlayışı ortaya qoyur. İnsan suçlamazdan əvvəl bunun cəmiyyətə xeyir və ziyanını düşünməlidir. Düşünmürəm ki, hər hansı xəbəri ittihamnaməyə və ya tərifnaməyə çevirməliyik. İstənilən media strukturunun rəhbərliyi həmin verilişlərin məzmununu nəzarətdə saxlamalıdır. Həm də buna ictimai nəzarət olmalıdır”.
Azəri-Türk Qadınlar İctimai Birliyinin sədri Tənzilə Rüstəmxanlı insanların şəxsi həyatının gündəmə daşınmasının əleyhinə olduğunu deyib:


“Efirdə sosial və maarifləndirici problemlərin işıqlandırılmasına müsbət yanaşıram. İki dəfə Zaur Baxşəliyevin verilişində qonaq olmuşam və hər ikisində sosial problem işıqlandırılıb. Ancaq bəzi verilişlər var ki, reytinq xatirinə, əvvəldən razılaşmış formada olur. İnsanlar bunu hiss edir. Qadın hüquqlarının pozulmasının əleyhinəyəm. Lakin bəzən hadisələr elə təqdim edilir ki, sanki bütün Azərbaycan bu gündədir. Reytinq toplayacaqlar deyə, millətimin mentalitetini yerdən-yerə vuracaq, mində bir dəfə baş verəcək hadisəni elə təqdim edirlər ki, sanki hər gün belə hadisə baş verir”.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR