SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Prezident kasıbları Həccə göndərir, Hacı Qalib kimilər isə ticarət yolunda...

5-10-2016, 15:42 | Oxunub: 9 457 |

Prezident kasıbları Həccə göndərir, Hacı Qalib kimilər isə ticarət yolunda...“Səudiyyə Ərəbistanı kralı hər il cənab Prezident İlham Əliyevə özü şəxsən ziyarət üçün yer ayırır. Bu yer də hər il ziyarətə getmək arzusunda olan yoxsul vətəndaşlara verilir”

Politika.Az xəbər verir ki, bu sözləri millət vəkili Siyavuş Novruzov deyib.

Deputatın sözlərinə görə, zəhmətlə işləyərək pul qazanan fermer, sahibkar, iş adamı 3 nəfər işçisini hər il Həccə göndərsə, savaba girmiş olar: “Amma oğurluq, quldurluq edib Həccə adam göndərənlər elə bilirlər ki, günahları bağışlanır, onlar səhv düşünürlər”.

S.Novruzovun bu açıqlaması yerinə düşən və ibrətamizdir. Deputat haqlı olaraq qeyd edir ki, quldurluq edən Həccə adam göndərənlər var.

Lakin millət vəkili onu da deməyi unudub ki, nəinki göndərənlər, oğurluq edib özləri hər il yola düşənlər var.

Onların arasında kimisi daş-qaş alveri edir, kimisi özünü nümayiş etdirir, kimisi də biznes məqsədi ilə gedir.

Belələri arasında kifayət qədər dövlət məmuru, deputat və başqa adamlar var. Məsələn, keçmiş deputat Hacı Qalib Salahzadə 28 dəfə Həccə gedib.

Sabiq deputat bircə dəfə də olsun güzəşt edərək yoxsul vətəndaşı müqəddəs ziyarətə göndərməyib. Onun bu qədər pulunun olması da sirr deyil. Çünki həmişə bizneslə məşğul olub. Hərçənd, deputat olduğu dövrdə biznes fəaliyyəti qadağan olsa da işini davam etdirib.

Əfsus ki, İ.Əliyevdən nümunə götürməyən Hacı Qalib yalnız özünü fikirləşib. Eyni zamanda nazirləri, milyonluq maşın kolleksiyası və malikanələri olan yüksək rütbəli məmurları qeyd etmək lazımdır.

Onlar korrupsiya pullarına varlanıblar. Ona görə də nə özlərinin getməyi, nə başqasını göndərməklə savaba bata bilməzlər.

Politika.Az xəbər verir ki, bu günə kim hansısa nazir və ya deputatın yoxsul dindarı Həccə göndərməsi haqda informasiyaya rast gəlinməyib.

Xalqın pullarını talayan, sərvətlərini yeyən, rüşvətlə var-dövlət quranların belə bir humanist addım atması gözlənilən deyil. S.Novruzov demişkən, oğruluqla Həccə getmək olmaz.

Ya rəbb bu kabineti və yatmış milləti mənə çox görmə. Bu dua bir çox məmurların namaz üstə etdiyi duadır.

Öz kreslosundan əl çəkməyən məmurlar ölkə boyu stula yapışma virusuna bulaşıblar. Onların Məkəyə getməsi də “həm ziyarət, həm ticarət” məqədi daşıyır.

Bundan başqa, görüşmək istədikləri məmurların ailə üzvlərinin və ya onlara bağlı iş adamlarının hansı tarixdə hansı təyyarə ilə Həcc ziyarətində olacağını həmin şəxsin yaxın adamları vasitəsi ilə öyrənən kəmfürsət “zəvvarlar” məhz eyni reysdə uçmağa cəhd edir, onunla eyni qrup və dəstədən təmsil olunmağa çalışırlar.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR