SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

CƏLİLABADDA “AZƏRİŞIQ”IN MÜDİRİ AYDIN MƏMMƏDOV REKETLİK EDİR.

2-05-2016, 17:35 | Oxunub: 10 875 |

CƏLİLABADDA “AZƏRİŞIQ”IN MÜDİRİ AYDIN MƏMMƏDOV REKETLİK EDİR.
Emtv.az xəbər verir ki, mətbuata şikayatçi qismində məcburiyyət qarşısında qalaraq üz tutan Cəlilabad rayonu Gülməmmədli kənd sakini Səfərov Qürbət Məhərrəm oğlu bildirir ki, 26 aprel gecə saat 22.00-da Cəlilabad rayon Elektrik Paylayıcı Şəbəkəsinin müdiri Aydın Məmmədov şəxsən özü işçiləri ilə qapımdan içəri soxularaq məni təhqir etdi. Yalandan dedi ki, guya mən kənar xətdən enerji götürürəm. Birbaşa dedi ki, stolba almağa 200 manat pul verməlisən ki, sənin evinin elektrik enerjisi ilə bərpasını təmin edək. Razılaşmadım, o elə həyat yoldaşımın yanında mənə təhqiramiz sözlər dedi. Əsəbdən səhərə kimi yatmadım, dərmanlar qəbul etdim. Səhəri gün Cəlilabad rayon EPŞ binasına gəlib müdir Aydın Məmmədovun qəbulunda oldum. Elə içəri girən kimi yenə mənə dedi ki, 200 manatı gətirmisən? Mən etiraz etdim, bu zaman yenə mənə pis söyüşlər söydü. Hətta külqabını götürüb dedi ki, bunu sənin başına vuraram”. Müraciətdə daha sonra deyilir: “Bu adam xəstədir, tanıyanlar bilir ki, vəzifə onun yeri deyil. Mən yaşlı adamam, ali təhsilli müəlliməm, şairəm, bu vaxta kimi belə münasibət heç yerdə görməmişəm. Qəbulunda olan insanlarla kobud danışır, gecə vaxtı yanında heç bir dövlət nümayəndəsi olmadan camaatın qapısına, həyət-bacasına soxulub xırda borc üstündə əhalinin işığını kəsir. Mən özüm ağdamlıyam, bir tərəfdən Qarabağ dərdi ürəyimi xəstəliyə salıb, bir tərəfdən də Aydın Məmmədov kimi məmurların əməlləri axırıma çıxıb. Xahiş edirəm ki, Cəlilabad Elektrik Paylayıcı Şəbəkəsi rəhbərinin əməllərinə hüquqi qiymət verəsiniz. Onsuz da bizi torpaq dərdi məhv edib.

P.S. Mövzunu diqqət mərkəzində saxlayacağıq və məqalədə adı çəkilən şəxsləri də dinləməyə hazırıq.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR