SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“KÜRDƏMİRDƏ ƏHALİ AĞSAQQALIN BIĞININ ALTINDAN KEÇİR”. MƏNİ BURA NAZİR SƏLİM MÜSLÜMOV GÖNDƏRİB.

30-04-2016, 17:50 | Oxunub: 13 040 |

“KÜRDƏMİRDƏ ƏHALİ AĞSAQQALIN BIĞININ ALTINDAN KEÇİR”. MƏNİ BURA NAZİR SƏLİM MÜSLÜMOV GÖNDƏRİB.
“Emtv.az” 29.04.2016-cı il tarixində vətəndaşların müraciətini nəzərə alaraq “Korrupsiyaya qarşı mübarizə idarəsi kürdəmirdə “şəbəkə”nin qarşısını ala bilmir” başlıqlı məqalə dərc etmişdik.
Məqalədə bildirilirdi ki, Kürdəmir SMM-nin direktoru yerli poçt və Kapital Bank fililallarıyla birlikdə şəbəkə formalaşdırıb “Şikayətdə daha sonra bildirilir ki, biz hüquq mühafizə orqanlarından Kürdəmir rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi direktoru Asif Abdullayev və onun işçiləri ilə bağlı təcili və təxirəsalınmaz tədbirlər görülməsini tələb edirik”. Bu barədə jam.azda bir qrup Kürdəmir rayon sakini adından Mətanət Əzizova adlı şəxs də yazmışdır. O, isə bildirirdi ki, mərkəzin direktoru və işçiləri “qırmızı xətti” çoxdan keçiblər. Amma hüquq mühafizə orqanları və korrupsiyaya qarşı mübarizə idarəsi bu neqativ halları görməməzlikdən gəlirlər. Ölkə prezidentinin məlum fərmanı ilə ünvanlı sosial yardımın verilməsi avtomatlaşdırılsa da, Kürdəmir rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində heç nə dəyişməyib. Korrupsiya yenə də qalmaqdadır. Məgər, siz bunları görmürsünüz?
Mətanət Əzizova daha sonra jam.az-a yazırdı ki, mərkəzin işçiləri inspektorlar Ramin Mürsəlov, Hamil Hidayətov, Nemət İsmayılov direktor Asif Abdullayevlə əlbir olaraq “özlərinə yeni şəbəkə yaradıblar”. Asif Abdullayevin qəbuluna düşən vətəndaşlara qarşı isə öz xidməti kabinetində qeyri-etik davranışı ilə xüsusi seçilir. “Tez-tez də “mən Səlim Müslümovun kadrıyam, arxamda o dayanıb mənə heç rayon icra başcısı Ceyhun Cəfərov da heç nə edə bilməz” deyərək, vətəndaşlara hədə-qorxu da gəlir. Rayonda ünvanlı sosial yardıma ehtiyacı olan bəzi aztəminatlı ailələr bir kənarda qalıb.
Dünən dərc etdiyimiz məqalə ilə bağlı araşdırma aparan zaman məlum oldu ki, Asif Abdulla oğlu Abdullayev əvvəllər Bakı şəhəri üzrə rayonlarının birində Məşğulluq idarəsinin direktoru vəzifəsində işləyib. İşlədiyi zaman ərzində əhaliyə verilən işsizlik müavinatlarını da mənimsəməklə məşğul olub. Eyni zamanda da məşğulluq idarəsinə özəl və dövlət müəssisələri tərəfindən ayrılan 2%-məcburi ayrılmalar üzrə dövlət büdcəsinə yığılan pulları da mənimsəyibdir. Araşdırmalarımız zamanı o da məlum olub ki, qəbuluna gələn vətəndaşları qəbul edərkən sərxoş vəziyyətdə olub. Asif Abdullayev rəhbərlik etdiyi kollektivdə özünə hətta “makler” şöbəsi də yaradaraq müavini Mübarək Kərimovu da onlara ağsaqqal qoyub. Elə Sosial yardım düzətməyə gələnlər də birinci gedib ağsaqqalın bığının altından keçməlidir. Bugün Asif Abdullayev haqda yazan jam.az bildirib ki, bu işlərin təşkilatçısı və başında duran Rayonun icra başcısı Ceyhun Cəfərovdur. Asif Abdullayev vəzifəyə gələndə kollektivdə deyib ki, mən Ceyhun Cəfərovdan xeyir-duamı almışam artıq. Rayon sakini Nazim Həsənov isə mətbuata açıqlamasında bildirib ki, onlar SMM-də baş verən olaylarla bağlı dəfələrlə nazir Səlim Müslümova və aidiyatı qurumlara müraciət etsələr də, şikayətlərinə baxılmır. Nazim Həsənov deyir: Asif Abdullayev rəhbəri olduğu qurumu bildiyi kimi idarə edir. Elə bu səbəbdəndir ki, mərkəzlə vətəndaşlar arasında narazılıq pik həddə çatıb. «Təsəvvür edin ki, Kürdəmir SMM-də müraciət edən vətəndaşa yuxarıdan aşağı baxırlar. Onlara qarşı münasibətlərdə bütün dəyərlər ayaqlar altına atılıb. Bu azmış kimi, Asif Abdullayev və işçiləri Arzum Həmidov, Ramin Mürsəlov, Elşad Qurbanov, Nemət İsmayılov, Hamil Hidayətov və daha bir neçə nəfər vətəndaşları süründürməçiliyə məruz qoyur, onları bezdirir, sənədlərini qəbul etməkdən imtina edirlər». Şikayətçi vurğulayır ki, Kürdəmir SMM-ə müraciət edənlər arasında qadınlar da var. Lakin mərkəzin rəhbərliyi onlara qarşı da kobud davranır. «Artıq bu adi hal alıb. Mərkəzin içində qadın, uşaq, böyük, kiçik bilmədən istənilən səviyyədə nəlayiq ifadələr eşitmək mümkündür. İşin əcaib tərəfi isə odur ki, bu ifadələri dilə gətirənlər elə SMM-in öz işçiləridir». Nazim Həsənov bildirir ki, Kürdəmir SMM-də nazirliyin tətbiq etdiyi poçt vasitəsi ilə sənədlərin göndərilməsi prosesinə əmək olunsa da, yekun nəticə tamam başqadır. «SMM-in işçiləri birmənalı olaraq vətəndaşlara bildirirlər ki, əgər ünvanlı sosial yardım alarlarsa, o zaman mütləq mərkəzin işçilərinin və rəisinin haqqını çatdırmalıdırlar. Əks təqdirdə, həmin şəxslərin yardım almaması üçün bütün addımlar atılacaq».
Eyni zamanda jam.az yazır, maraqlı məqamlardan biri də odur ki, Kürdəmir SMM-də hətta sürücü belə özünü rayonda hamıya nazirin ən yaxın adamı olaraq təqdim edir. Nazim Həsənov yazır ki, İmaməddin İbrahimov Mərkəzdə bildiyi şəkildə hərəkət edir və kimsə ona söz demək haqqına sahib deyil. Çünki qarşısındakı adamın kim olmağından asılı olmayaraq, həmin şəxsi təhqir edə bilər. ASİF Abdullayevin Bu adamların əl-qol açmasına səbəb isə rayon sakini olmamasıdır. Bunu özləri də açıq şəkildə deyirlər və kimsədən qorxmadıqlarını bildirirlər». Məqalədə yazılan faktlarla bağlı Asif Abdullayevlə əlaqə saxlamaq istəyən əməkdaşlarımıza isə Asif Abdullayev “konkret” cavab verib. Mən yerli sakin deyiləm və məni bura cənab nazir Səlim MÜSLÜMOV göndərib və onun əmr və tapşırıqlarını yerinə yetirirəm. Gedin nə istəyirsiniz yazın heç belə vecimə də deyil. “Bu da bizim həci”...

P.S. Bu da bizim nazir Səlim Müslümovun kadrı. Səlim Müslümov kimi naziri olanın, Asif Abdullayev kimi də kadrı olacaqda.

P.S.S. Mövzunu diqqət mərkəzində saxlayacağıq və məqalədə adı çəkilən şəxsləri də dinləməyə hazırıq.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR