SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

LAÇIN TƏHSİLİNİN BƏRBAD GÜNLƏRİ – Nazir MİKAYIL CABBAROV TƏHSİLDƏ BAŞ VERƏN NÖQSANLAR HAQDA NİYƏ DANIŞMIR.

30-04-2016, 15:17 | Oxunub: 12 687 |

LAÇIN TƏHSİLİNİN BƏRBAD GÜNLƏRİ – Nazir MİKAYIL CABBAROV TƏHSİLDƏ BAŞ VERƏN NÖQSANLAR HAQDA NİYƏ DANIŞMIR.
Bu işdə Malik Vəliyevə Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcov və Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov daydayılıq edir .

“Emtv.az”xəbər verir ki, Laçın rayon Şeylanlı kənd sakini Xudayarov Baxşeyiş Salyan oğlu Təhsil naziri Mikayıl Cabbarova müraciət göndərərək bildirir ki, Laçın təhsil şöbəsində hər ayın axrında məktəb direktorlarından hesab yığlır. Təhsil şöbəsinin müdiri Malik Vəliyev ele bir sağlam korrupsiya şəbəkəsi yaradıb ki, işdən çıxmasına baxmayaraq yenə də aylıq hesabı yığlır.

Direktorlar Malik Vəliyevin aylıq qoyduğu məbləği düzəltmək üçün məcbur qalıb fəaliyyəti olmayan elmi dərnəklərdəki dərs saatları ,sağlam və yüngül fiziki qüsurlu uşaqlara məktəbə gələ-gələ saxta sənədlər düzəldərək fərdi dərs saatları yazmaqla və s. hesabına qoyulan dasqını düzəldirlər. Bunu bacarmayan direktorlar etiraz etmədən vəzifəsi ilə vidalaşmalı olurlar. Hamı bilir ki, Malik Vəliyevə Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcov və Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov daydayılıq edir . Onun haqqında dövlət orqanlarına şikayət etmək mənasızdır, bir telefon zənginə işi bağlayır.

Cənab nazir, Laçın rayonunda 120-dən çox ümumtəhsil məktəbləri var. Bu məktəblərin heç 60-da normal tədris yoxdur. Malik Vəliyev bir çox məktəblərin partalarına kimi də satdırıb, məktəblərin əksəriyyəti də tədrisə yararsız vəziyyətdədi, çünki bu məktəblərin zəruri və əsaslı təmir- bərpa işlərinə ayrılan 100 000 manatlarla vəsaitin heç bir manatı da bu sahəyə xərclənməyib. Malik Vəliyev Laçın rayon maliyyə şöbəsi ilə əlbir olaraq saxta sənədlər düzəldərək bu pulu dədə malı kimi mənimsəyiblər.

Cənab nazir şəxsi rəhbərliyiniz altında komissiya yaradıb, araşdırma aparsanız bu faktların əyani şahidi olacaqsınız...


Malik Vəliyevin Laçın təhsil şöbəsinin başına açmadığı oyun qalmayıb. Diplomu olmayan düzgün yazıb- oxumağı bacarmayan şəxsləri yüksək məbləğdə rüşvət qarşılığında hərbi biletlə hərbi-hazırlıq müəllimi götrüb, bu fakt kütləvidir. Bu torpaqları işğal altında olan bir rayon üçün əsil faciədir.

Laçın rayon Şeylanlı kənd sakini Xudayarov Baxşeyiş Salyan oğlu daha sonra rublika.az-a bildirib ki, Malik Vəliyevin hədəfi Tərtər, Ağdam, Ağcabədi, Füzuli və Xocavənd rayon təhsil şöbələrini də Laçın təhsil şöbəsi kimi korrupsiya yuvasına çevirməkdir.

P.S. Mövzunu diqqət mərkəzində saxlayacağıq və Şikayətdə adı çəkilən şəxsləri də dinləməyə hazırıq.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR