SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

"ƏLİNCƏ QALASI" DRAMI NAXÇIVAN TEATRINDA

30-04-2016, 12:39 | Oxunub: 8 527 |

"ƏLİNCƏ QALASI" DRAMI NAXÇIVAN TEATRINDA
Şərqin qocaman teatrı sayılan Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı bu ilin repertuarına salınan yazıçı-dramaturq Həmid Arzulunun “Əlincə qalası” tarixi dramını səhnələşdirib. Bu əsər ilk dəfə 1983-cü ildə tamaşaçılara təqdim edilib.

"EMTV.az" xəbər verir ki, əsər Azərbaycan tarixində özünəməxsus rol oynayan, XIV əsrin sonlarında böyük əraziləri fəth edən fateh Əmir Teymura qarşı 14 il cəsarətlə mübarizə aparan Əlincə qalasının müdafiəsindən bəhs edir. Orta əsrlər tarixçiləri tərəfindən yazılan real tarixi hadisələr və xalq arasında yaşayan həqiqətlər səhnə əsərində çox ustalıqla qələmə alınıb.

Əmir Teymura 14 il baş əyməyən Əlincə qalasının qəhrəman müdafiəçiləri, qalanı idarə edən tarixi şəxsiyyətlər, bu müdafiənin kökündə duran mərdlik, birlik və cəsarətin təcəssümü həmin mövzunu həmişə aktual edib. Ən güclü düşmənə belə qalib gələn naxçıvanlıların qurub-yaratmaq istəyi, qədim ənənəyə söykənən istehkamqurma qabiliyyəti, sənətkarlığı, çətin anda belə öz qürurunu, yüksək əhval-ruhiyyəsini itirməyən, məhz bu xüsusiyyətlərinə görə uzun müddət mühasirədə yaşayan xalqın həyat tərzi ilk baxışdan tamaşaçını ovsunlaya bilir. “Əlincə qalası” dramı, əslində, tariximizin şərəfli 14 illik zaman kəsiyinə bir səyahətdir.

Tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının Xalq Artisti Kamran Quliyev, rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar Rəssamı Əbülfəz Axundov, bəstəkarı isə Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi İmamqulu Əhmədovdur.

Bu ilin ilk tamaşası sayılan “Əlincə qalası” tarixi dramında teatrın təcrübəli və gənc aktyorları müxtəlif rolları ifa edirlər. Azərbaycan Respublikasının Xalq artistləri Rza Xudiyev – Topal Teymur, Rövşən Hüseynov – Omba Qulamhüseyn, Şirzad Abutalıbov – Təlxək obrazlarını, Azərbaycan Respublikasının Əməkdar artistləri Xəlil Hüseynov – Bəbir, Bəhruz Haxverdiyev – Yapalaq Murzo, Əbülfəz İmanov – Qasım, Naxçıvan Muxtar Respublikasının Əməkdar Artisti Səməd Canbaxşıyev – Rəşid rollarını canlandırırlar. Kütləvi səhnələrdə isə teatrın bütün kollektivi iştirak edir. Tamaşanın premyerası yaxın günlərdə baş tutacaq.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR