SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

ATƏŞKƏSİN POZULMASI NƏTİCƏSİNDƏ YARALANANLARIN VƏZİYYƏTİ AĞIRDIR

30-04-2016, 12:20 | Oxunub: 2 153 |

ATƏŞKƏSİN POZULMASI NƏTİCƏSİNDƏ YARALANANLARIN VƏZİYYƏTİ AĞIRDIR
Aprelin 27-dən 28-nə keçən gecə ermənilərin atəşkəsi pozması nəticəsində Ağdamda yaralanan dinc sakinlərdən yalnız biri hazırda Ağdam Rayon Mərkəzi Xəstəxanasında müalicəsini davam etdirir.

"EMTV.az" xəbər verir ki, B.Haqverdiyev deyib ki, ermənilən atəşkəsi pozması nəticəsində yaralanan 7 nəfərdən 3-nün vəziyyəti təhlükəli olmadığı üçün Bərdə Müalicə Diaqnostika Mərkəzinə köçürülüb.

Qeyd edək ki, aprelin 27-dən 28-nə keçən gecə erməni silahlı birləşmələrinin Ağdam rayonunu ağır artilleriyalardan atəşə tutması nəticəsində 9 nəfər yaralanıb. Onlardan 2-si - Çəmənli kənd sakinləri Hüseynov Əli Müseyib oğlu və Mustafayev Famil Əli oğlu həlak olub.

Hadisə nəticəsində Çəmənli kənd sakinləri Abdullayev Anar Nizami oğlu, Rəhimov Zahid Vəliş oğlu, Kərimov Sirdaş Şükür oğlu, Məmmədov Adil Musdu oğlu, Əfətli kənd sakini Məmmədov Elnur Polu oğlu, Qaradağlı kənd sakini Qarayev Elgiz Elbrus oğlu, Zəngişalı kənd sakini İmanov Məhəmmədəli Soltan oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR