SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

LƏNKƏRAN DÖVLƏT DRAM TEATRI BAKIDA

29-04-2016, 17:35 | Oxunub: 10 009 |

LƏNKƏRAN DÖVLƏT DRAM TEATRI BAKIDA
N.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı Bakıya gəlir. Teatr mayın 4-ü və 5-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində çıxış edəcək.

"EMTV.az" xəbər verir ki, Bakı tamaşaçıları iki gün ərzində Lənkəran Dövlət Dram Teatrının “Ruhlar” və “İlan Sultan” tamaşalarına baxa biləcəklər.

İtalyan neorealizminin banisi Eduardo de Filipponun eyniadlı əsəri əsasında hazırlanan “Ruhlar” tamaşasının quruluşçu rejissoru teatrın baş rejissoru Tural Mustafayev, quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Telman Qəniyevdir.

Tamaşa insanın həyatda yerini tapmaq uğrunda apardığı mübarizəni əks etdirir.

Səhnə əsərində əsas rolları Əməkdar Artist Adil Zeynalov, aktyorlar Əbülfəz Axundov, Niftulla Əsgərov, Tərlan Abdullayev, Aynur Əhmədova, Gülər Kərimova, Qızılgül Quliyeva, Miraslan Ağayev və başqaları ifa edirlər.

Qeyd edək ki, “Ruhlar” tamaşası birinci Şəki Beynəlxalq teatr festivalında təşkilat komitəsinin diplomu ilə mükafatlandırılıb.

İranlı yazıçı Bəhram Beyzayinin eyniadlı əsəri əsasında hazırlanmış “İlan Sultan” tamaşası isə iki gəncin saf məhəbbətindən, kəşməkəşli hadisələrdən sonra vüsala yetmələrindən bəhs edir. Səhnə əsərinə İrandan dəvət olunmuş rejissor Xeyrullah Təğiyanipur quruluş verib. Tamaşanın baş məsləhətçisi Atabəy Naderi, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı İlqar Əliyevdir.

Tamaşada əsas rolları respublikanın Əməkdar Artisti Sucəddin Mirzəyev, aktyorlardan Sayad Əliyev, Aynur Əhmədova, Qızılgül Quliyeva, Miraslan Ağayev, Əlibala Əsgərov, Emin Fərzullayev, Tərlan Abdullayev, Nizami Qurbanov, Gülər Kərimova, Şəbnəm Hüseynova, Emil Rzayev və digərləri ifa edirlər.

Qeyd edək ki, “İlan Sultan” tamaşası 2016-cı ilin yanvar ayında İran İslam Respublikasının paytaxtı Tehran şəhərində keçirilən Beynəlxalq Fəcr Teatr Festivalı çərçivəsində qonşu ölkənin Təbriz və Məşhəd şəhərlərində uğurla oynanılıb və festivalın mükafatını qazanıb.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR