SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

QAZAXDA MƏCBURİ KÖÇKÜNLƏR PREZİDENTDƏN İMDAD DİLƏYİR

28-04-2016, 20:47 | Oxunub: 9 930 |

QAZAXDA MƏCBURİ KÖÇKÜNLƏR PREZİDENTDƏN İMDAD DİLƏYİR
Fərman Nağdəliyevin və İlqar İsayevin hüquq mühafizə orqanları tərəfindən törətdikləri maxinasiyalara görə hüquqi qiymət verilsin...

“EMTV.az” xəbər verir ki, Qazax rayonu Aşağı Əskipara kəndindən 45 nəfər məcburi köçkünün imzası ilə ölkə başçısı cənab İlham Əliyevə, surəti Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevaya, Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova ünvanlanan şikayət məktubunda bildirilir ki, 1992-ci ildə Aşağı Əskipara kəndindən qovulan sakinlər, Qazax rayonu ərazisində müəsisə və idarələrin yardımçı binalarında məskunlaşıblar. Əskipara həsrətli insanların taleyinə 24 illik məcburi köçkünlük yazılıb. Bu uzun illər ərzində bir çox məhrumiyyətlərə düçar olduqlarını yazır soydaşlarımız. Dağdan gəlib, aranda yaşayan soydaşlarımız böyük faciələrlə baş-başa qalıb. Qazax rayonunda Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin sifarişi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən rayonda Nərimanov adlı qəsəbədə 45 ailə üçün 2 otaqlı fərdi evlər, 304 mənzilli 4 mərtəbəli binalar tikilərək məcburi köçkünlər arasında bölüşdürülüb. Nərimanov qəsəbəsində tikilən evlər qəzalı vəziyyətdə olduğundan məcburi köçkünlər gecələr sək-səkə içində yaşayır. Evlərin yükdaşıyıcı divarlarında eni 5-6-sm çatlar əmələ gəlib. İnşaatçı- mütəxəsisslərin rəyinə görə evlərin özülü tökmə torpaq üzərində qoyulduğundan divarlarda çökmə baş verir. Bundan əlavə həmin çatlarda zəhərli ilanlar və kərtənkələlər məskən salıb… Sakinlər dəfələrlə yataq dəstlərinin və ev avadanlıqlarının altından adı çəkilmiş heyvanları aşkarlayıblar! Mənzil bölgüsündə maxinasiya və ədalətsizliyin olduğunu bildirən məcburi köçkünlər, mənzillərdən Rusiyada, Bakıda və Qazax qeydiyyatında olan vətəndaşlara da “pay” düşüb. Qazax rayonunda mənzillərin bölüşdürülməsi komissiyasının sədri Fərman Nağdəliyev, inzibati ərazi üzrə nümayəndə, İlqar Əliyevlə əlbir olaraq, mənzillərin bir çoxunu məcburi köçkün statusu olmayan şəxslərə veriblər. Şikayətçilərin Qazax rayon İcra Hakimiyətinin başçısı Ayaz Əsgərova etdikləri müraciəti nəticəsiz qalıb. Ümumiyyətlə, İH başçısı məcburi köçkünlərin problemləri ilə maraqlanmır. Rayonu öz şəxsi təsərrüfatı kimi idarə edir. İH başçısının qəbuluna yazılan vətəndaşlar, aylarla süründürməçiliyə məruz qaldıqlarından, bir daha başçının qəbuluna təkrar getməkdən imtina edirlər. Bu barədə Gündəm xəbər” daha sonra qeyd edir ki, Qruplaşmanın qanunsuz əməllərini ifşa edən məcburi köçkünlər, ölkə başçısından Fərman Nağdəliyevin, İlqar İsayevin hüquq mühafizə orqanları tərəfindən törətdikləri maxinasiyalara görə hüquqi qiymət verilməsini və mənzillərin yenidən məcburi köçkünlər arasında bölüşdürərək əsl sahiblərinə verilməsin tələb edirlər.
Şikayətdə adı çəkilən şəxsləri dinləməyə hazırıq.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR