SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

ŞƏKİ- TÜRK DÜNYASININ MƏDƏNİYYƏT PAYTAXTI

28-04-2016, 20:14 | Oxunub: 3 455 |

ŞƏKİ- TÜRK DÜNYASININ MƏDƏNİYYƏT PAYTAXTI
Aprelin 28-də Şəki şəhərində “Türk dünyasının mədəniyyət paytaxtı – Şəki 2016” ili çərçivəsində tədbirlər davam edir.

"EMTV.az" xəbər verir ki, tədbirlərdə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Qazaxıstanın Xalq Yazıçısı Oljas Süleymenov, türkdilli ölkələrdən gəlmiş nümayəndə heyətləri, Milli Məclisin deputatları və digər rəsmi şəxslər iştirak edirlər.

Mərasim iştirakçıları əvvəlcə Azərbaycan memarlığının nadir incilərindən olan Şəki xanlarının sarayının qarşısındakı meydançada xalqımızın qədim milli atüstü oyunlarından olan çövkən yarışlarını izləyiblər, sarayın həyətində xanlıqlar dövrünü xatırladan bədii proqrama tamaşa ediblər.

Tədbir iştirakçıları daha sonra qoruğun ərazisindəki Dairəvi Məbədin həyətində təşkil edilən Şərq bazarını gəzib, el sənətkarlarının əl işlərindən ibarət sərgilərlə tanış olub, folklor və musiqi kollektivlərinin çıxışlarını dinləyib, Şəki mətbəxinin ləziz təamlarına qonaq ediliblər.

Sonra onlar şəhərdəki qədim karvansarayın həyətində Şəki sənətkarlarının istehsal etdiyi sənət nümunələrinin satış-sərgisində olublar.

Yay teatrında “Türk dünyasının mədəniyyət paytaxtı – Şəki 2016” ilinin rəsmi açılış mərasimdən sonra tədbir iştirakçılarına Azərbaycanın və türkdilli ölkələrdən gəlmiş musiqi kollektivlərinin iştirakı ilə maraqlı konsert proqramı təqdim olunacaq.

Sonra 2015-ci ildə böyük nailiyyətlər qazanan bir qrup mətbuat nümayəndəsinə TÜRKSOY tərəfindən mükafatlar veriləcək.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR