28 apr 18:57Oxunub: 928 |

BEYLƏQAN RAYON İCRA BAŞÇISI RƏİSƏ NƏYİNİ SATDI...

BEYLƏQAN RAYON İCRA BAŞÇISI RƏİSƏ NƏYİNİ SATDI...

“EMTV.az”-a daxil olan məlumatda bildirilir ki, Beyləqan rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayev rayonun ərazilərini qarış-qarış satmaqda davam edir. Belə ki, Vaqif Abdullayev indi də şəhərin kanalizasiya xəttinin üstünü rəisə peşkeş edib. Hazırda kanalizasiya xəttinin üstündə ticarət obyekti tikilir. Fotodakı ərazi Beylaqan şəhərin çıxışında bütün kanalizasiya xəttinin birləşdiyi yerdir. Bu günlərdə həmin ərazidə, yəni bütün kanalizasiya xətlərinin birləşərək şəhərdən çıxdığı ərazidə – kanalizasiya xəttinin üstündə ticarət obyekti tikilməyə başlanıb. Bu da kanalizasiya xəttinin sıradan çıxmasına səbəb ola bilər. Mətbuata verilən məlumata görə, ticarət obyektini Beyləqan ərazisində yerləşən N saylı hərbi hissənin kadrlar şöbəsinin rəisi Yaşar Səfərovun tikdirdiyi və həmin ərazinin ona Vaqif Abdullayev tərəfindən satıldığı bildirilir.
.P.S. Yazıda adları çəkilən vətəndaşların da mövqeyini dərc etməyə hazırıq.
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
Faiq ƏHMƏDOV:Tanrı Azərbaycan Xalqına Ümummilli Lider Heydər Əliyevi Yeganə Xilasgar Kimi, Yeganə Şans Kimi Qoruyub Saxlamışdır...-VİDEO-FOTOLAR
Faiq ƏHMƏDOV:Tanrı Azərbaycan Xalqına Ümummilli Lider Heydər Əliyevi Yeganə Xilasgar Kimi, Yeganə Şans Kimi Qoruyub Saxlamışdır...-VİDEO-FOTOLAR
Oxunub: 5636
XƏBƏR LENTİ

Reklam
Məzənnə