SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

UCAR RAYONUNDA MƏMUR ÖZBAŞINALIĞI HÖKÜM SÜRÜR..

28-04-2016, 18:08 | Oxunub: 17 320 |

UCAR RAYONUNDA MƏMUR ÖZBAŞINALIĞI HÖKÜM SÜRÜR..
Ucarın notariusu Elman Cəlalov saxtakarlıqla vətəndaşın evini əlindən alıb.

“EMTV.az”-a şikayət ərizəsi ilə müraciət edən Ucar rayonu Zərdabi küçəsi döngə 3 ev 25 də daimi qeydiyyatda olan hazırda isə Bərdə rayonunun Mollalı kəndində yaşayan 2-ci qrup əlil Mustafayev Azər Ağamirzə oğlu redaksiyamıza şikayət ərizəsi göndərərək bildirirki, ona məxsus olan “Ucar rayon Notariat Kontorunun rəisi Elman Cəlalov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rüşvət alıb saxtakarlıqla mənə məxsus evimin satılmasına dair saxta alqı-satqı müqaviləsi tərtib etməklə cinayət əməli törətmişdir.
Belə ki, Muradova Çinarə Muradxan qızı ilə 04 dekabr 1999-cu il tarixdə bağlanmış nigah müqaviləsinə Ucar rayon məhkəməsinin 16 fevral 2011-ci il tarixdə xitam verilmişdi. Çinarə Muradova ilə birgə nigahdan iki övladımız olmuşdur. Birgə nigah zamanı torpaq götürüb 3 otaqlı ev tikdirmişdim ki, həmin evin yarı hissəsi mənim, yarı hissəsi isə onun idi. Belə razılığa gəldik ki, evi Çinarə Muradovaya verirəm və məndən aliment tələb etməyəcək. Buna görə Çinarə Muradovanın ərizəsi əsasında Ucar rayon Məhkəməsi 28 mart 2011-ci il tarixdə qərardad çıxartdı. UCAR RAYONUNDA MƏMUR ÖZBAŞINALIĞI HÖKÜM SÜRÜR.. Sonra mən, Çinarə və onun atası ilə Ucar rayon Notariat kontoruna getdim orada mənə vərəqlərə imza etdirdilər. Bundan sonra mən başqa şəxslə ailə həyatı qurub Bərdə rayonun Mollalı kəndində yaşamağa başladım. Bundan 3 il sonra Çinarə Muradova Ucar rayon Məhkəməsində iddia qaldırıb uşaqlara aliment verilməsini məndən tələb etdi.
Mən məhkəmədə bildirdim ki, bizim razılığımız var ki, mülkiyyətimdə olan Ucar rayon Zərdabi küçəsindəki 3 otaqlı evimi ona vermişəm ki, aliment ödəməyim və buna dair Ucar rayon məhkəməsinin 28 mart 2011-ci il tarixli qərardadı var. Ancaq məhkəmə bunu nəzərə almadı. Həmçinin apelyasiya və ali məhkəmədə bunu nəzərə almadı ki, bu ciddi qanunsuzluqdur. Mən də elə bilirdim ki, həmin evi bağışlama müqaviləsi ilə Çinarənin adına sənədləşdiriblər. Sonradan bu yaxınlarda bilmişəm ki, Çinarənin atası Muradxan Ucar rayon Notariat kontorunun rəisi Elman Cəlalovla əvvəlcədən danışıb razılaşıb mənim savadsızlığımdan sui-istifadə edib saxtakarlıq yolu ilə alqı-satqı müqaviləsi tərtib edib mənə imza etdirmişdilər. Guya mən həmin evi Çinarəyə 8000 manata satmışam. Bu qatı cinayət əməlidir ki, Ucar rayon notariusu Elman Cəlalov rüşvət alaraq törətmişdir.
Sual olunur əgər mən məhkəmə qərardadı ilə evi aliment verməmək müqavilində Çinarə Muradovaya verirəmsə bundan sonra nəyə görə ona həmin evi satmalıyam?
Həmçinin aliment tələb edən zaman nəyə görə Çinarə Muradova ifadəsində göstərməyib ki, evi ona alqı-satqı müqaviləsi ilə satmışam?

Çünki bu alqı-satqı müqaviləsi tam saxtakarlıqla əldə edilmişdir ki, buna görə Ucar rayon notariusu Elman Cəlalov cinayət məsuliyyətinə cəlb edilib həbsə atılmalıdır. Mən bu barədə məhkəmədə iddia qaldırmaqla yanaşı cinayət törətmiş korrupsioner notarius Elman Cəlalovun saxtakarlığı barədə mərkəzi orqanlara şikayətlər etmişəm. Mətbuat vasitəsi ilə də Prezident cənab İlham Əliyevə, Ədliyyə Naziri cənab Fikrət Məmmədova, Qeydiyyat və Notariat baş İdarəsinin rəisi cənab İlqar Məmmədova müraciət edib xahiş edirəm cinayət əməlləri ilə məşğul olan korrupsioner notarius Elman Cəlalovun barəsində qanunu tədbirlər görəsiniz”.
DİQQƏT!!! Şikayətdə adı çəkilən vətəndaşların da mövqeyini izləyicilərimizə çatdırmağa hazırıq.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR