SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

FERMERLƏRƏ İPƏKQURDLARI PAYLANDI

27-04-2016, 18:48 | Oxunub: 9 490 |

FERMERLƏRƏ İPƏKQURDLARI PAYLANDI
Aprelin 27-də Qax rayonunun Ənbərkənd kəndindəki Damazlıq İpəkçilik Stansiyasında barama istehsalı məqsədilə inkubasiya mərhələsi keçən ipək qurdu toxumları fermerlərə təqdim olunub.

"EMTV.az" xəbər verir ki, ipək qurdları Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Ağcabədi, Ağdaş, Bərdə, İmişli, Kürdəmir, Sabirabad, Ucar, Yevlax və Zərdab rayonlarından olan kümçülərə (baramaçılara) ödənişsiz olaraq paylanılıb.

Fermerlərə yardım məqsədlə nazirlik tərəfindən İran İslam Respublikasından 750, Çin Xalq Respublikasından isə 1000 qutu yüksək keyfiyyətli ipək qurdu toxumları tədarük edilərək ölkəmizə gətirilib və müvafiq olaraq aprelin 14-də və 19-da Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulub.

İpək qurdlarının paylanması münasibətlə keçirilən tədbirdə kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev və nazirliyin bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov baramaçılıqla məşğul olan təsərrüfat rəhbərlərinə, kümçülərə lazımi məsləhət və tövsiyələr veriblər.

Fermerlərlə söhbət zamanı İlham Quliyev bildirib ki, kümçü ailəsi məşğul olduğu digər təsərrüfat sahələrinə mane yaratmadan öz gəlirlərini artıra bilər. Nazir müavininin dediyinə görə, 2016-cı ildə Azərbaycanda 75 ton yaş barama istehsalı nəzərdə tutulur. Kümçüləri maarifləndirmək məqsədilə nazirlik tərəfindən metodiki məsləhət, video-tövsiyə və bülletenlər hazırlanıb. İlham Quliyev növbəti ildə barama istehsalının 3 min tona çatdırılması üçün indidən yüksək səviyyədə hazırlıq işlərinin getdiyini diqqətə çatdırıb.

Stansiyadan ipək qurdlarını təhvil alan kümçülərə barama istehsalı texnologiyasına dair video-tövsiyə, buklet və yaddaş vərəqələri də verilib.

Tədbirdən sonra iştirakçılar “Şəki İpək” ASC-də müəssisənin fəaliyyəti ilə tanış olublar. “Şəki İpək” ASC yaş barama məhsulunu kümçülərdən tədarük edəcəyini bildirib və bu barədə müqavilələr imzalayıb.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR