SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

AVTOMOBİL YOLU YENİDƏN QURULUR

27-04-2016, 11:17 | Oxunub: 8 875 |

AVTOMOBİL YOLU YENİDƏN QURULUR
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb.

"EMTV.az" “Azəravtoyol” ASC-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, ilkin mərhələdə 154 kilometr uzunluğunda olan Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Mingəçevir şəhəri – Mingəçevir dəmiryolu stansiyası arasındakı olan hissəsinin 3-cü texniki dərəcədən 2-ci texniki dərəcəyə uyğun yenidən qurulması işləri aparılır. Sözügedən avtomobil yolunun uzunluğu 16,5 kilometrdır. Layihəyə uyğun olaraq yol 2 hərəkət zolağından ibarət olacaq. Mövcud yol yatağının eni tikinti işləri çərçivəsində 12 metrdən 15 metrə qədər genişləndiriləcək, hərəkət hissəsinin eni 7,5 metr, hər iki istiqamət üzrə çiyinlərin eni isə 3,75 metr olacaq. Hazırda Mingəçevir şəhəri – Mingəçevir dəmiryolu stansiyası arasında olan hissədə torpaq işləri görülür, yol yatağının və yol əsasının tikintisi aparılır.

Layihəyə görə, yol geyimi konstruksiyasının qalınlığı 72 santimetr olacaq. Həmin hissədə Kürəkçay üzərində bir aşırımlı, 18 poqonmetr uzunluğunda körpünün, 26 ədəd dairəvi borunun, bir alt keçidin və 7 düzbucaqlı keçidin tikintisi də aparılacaq. Bütün işlər müvafiq cədvələ uyğun və yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi saydı qüvvə cəlb olunub.

Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Mingəçevir şəhəri – Mingəçevir dəmiryolu stansiyası arasındakı olan hissəsinin yenidən qurulması ilə vətəndaşların Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna rahat və maneəsiz çəkildə gediş-gəlişi təmin olunacaq.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR