25 apr 20:31Oxunub: 671 |

MUXTAR RESPUBLİKADA ƏLVERİŞLİ QEYDİYYAT ŞƏRAİTİ YARADILIB

MUXTAR RESPUBLİKADA ƏLVERİŞLİ QEYDİYYAT ŞƏRAİTİ YARADILIB
Naxçıvan Muxtar Respublikasında bütün miqrantların hüquq və azadlıqlarının qorunması və təminatına daim diqqətlə yanaşılır. Bu gün muxtar respublikada əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün əlverişli qeydiyyat şəraiti yaradılıb.

"EMTV.az" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən Şərur rayonunda təşkil olunan tədbirdə xidmətin rəis müavini Elnur Məmmədov bu barədə danışıb. Bildirilib ki, miqrasiya siyasətinin həyata keçirilməsində əsas məsələlərdən biri də ölkəmizdə yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan dilinin, tarixinin, mədəniyyətinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri ilə bağlı qanunvericiliyin öyrənilməsinin təmin edilməsidir. Bu məsələnin əhəmiyyəti nəzərə alınaraq muxtar respublikada müvəqqəti yaşayan və əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər üçün müxtəlif maarifləndirici tədbirlərin təşkil olunması əsas fəaliyyət istiqamətlərindən biri kimi diqqət mərkəzində saxlanılır.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında yaradılan turizm infrastrukturu, bu qədim diyarın zəngin tarixi, mədəniyyət və təbiət abidələri, regionun sosial-iqtisadi inkişafı və digər amillər buraya gələn turistlərin sayının gündən-günə artmasına səbəb olub. Odur ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin hərəkətlərinin qanunlarımız çərçivəsində tənzimlənməsi təmin edilməlidir.

Sonra xidmətin əməkdaşlarından Tural Bayramovun “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olması və yaşaması”, Samir Sadiqovun “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Naxçıvan Muxtar Respublikasında əmək fəaliyyəti”, Zakir Məmmədovun “Miqrasiya sahəsində qanunvericiliyin tələblərinin pozulmasına görə mövcud qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət” mövzularında çıxışları dinlənilib.

Diqqətə çatdırılıb ki, viza əsasında Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti vizada göstərilən qalma müddətindən, viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin isə ölkədə müvəqqəti olma müddəti Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, 90 gündən artıq ola bilməz. Azərbaycan Respublikasında 10 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.

Vurğulanıb ki, daxili əmək bazarının tələbatı nəzərə alınmaqla, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına əmək miqrasiyasına ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə məhdudiyyət qoyula bilər. Bu məhdudiyyətləri müəyyənləşdirmək üçün kvota tətbiq edilir. Kvota yerli əmək ehtiyatlarından səmərəli istifadə edilməsi və əmək miqrasiyası proseslərinin tənzimlənməsi sahəsindəki işlərin effektivliyinin artırılması məqsədilə tətbiq olunur.

Sonra çıxışlar ətrafında müzakirələr aparılıb.
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR

"Azərbaycanın Səsi" ictimai birliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Bilgəh qəsəbə Mədəniyyət evi Silahlı Qüvvələr Gününə Ordunun yaranmasının 100 illiyinə həsr edilmiş tədbir keçirib
Oxunub: 1371
XƏBƏR LENTİ

Reklam
Məzənnə