SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

FORUM ÇƏRÇİVƏSİNDƏ GƏNCLƏR İNKLÜZİV TƏHSİL HAQQINDA FİKİR MÜBADİLƏSİ APARIBLAR

25-04-2016, 13:40 | Oxunub: 9 141 |

FORUM ÇƏRÇİVƏSİNDƏ GƏNCLƏR İNKLÜZİV TƏHSİL HAQQINDA FİKİR MÜBADİLƏSİ APARIBLAR
Aprelin 25-də “İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” şüarı altında BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində keçirilən Gənclər Forumunun əməkdaşlıq toplantısının iştirakçıları inklüziv təhsil haqqında fikir mübadiləsi aparıblar.

"EMTV.az" xəbər verir ki, toplantıda müxtəlif ölkələrdən, irqlərdən və millətlərdən olan gənclər iştirak ediblər. Diqqətə çatdırılıb ki, müzakirələrin əsas məqsədi gənc nəslin təhsil imkanlarını müəyyənləşdirmək, gənclərin potensiallarını üzə çıxarmaqdır.

Toplantıda iştirak edən gənclər inklüziv təhsil, sülh naminə təhsil, bərabər və sərhədsiz təhsil hüquqları haqqında müzakirələr aparıblar. Vurğulanıb ki, uşaqlar hələ balaca yaşlarından təhsilin hər kəs üçün bərabər olduğunu anlamalıdırlar. Onlar hər kəsə hörmət etməlidirlər, eyni zamanda, öz hüquqlarını da bilməlidirlər.

Gənclər, həmçinin təhsil, incəsənət, səyahət və digər sahələrdə inkişaf üçün yaradılan layihələr haqqında danışıb, bu məsələlər ətrafında fikirlərini bildirib, təkliflər irəli sürüblər.

Toplantıda çıxış edən gənclər BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna Azərbaycanın ev sahibliyini yüksək qiymətləndirib, tədbirin qarşıya qoyulan məqsədlərə çatmaq işinə töhfə verəcəyini vurğulayıblar.

Daha sonra inklüziv təhsildə uğurlar qazanan gənclər haqqında təqdimatlar olub.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR