SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

KİŞİLƏR ÖPÜŞÜR ARVADSAYAĞI - Faiq ƏHMƏDOV "Müstəqil lider" jurnalının baş redaktoru

23-04-2016, 18:18 | Oxunub: 19 727 |

KİŞİLƏR ÖPÜŞÜR ARVADSAYAĞI - Faiq ƏHMƏDOV "Müstəqil lider" jurnalının baş redaktoru
"KİŞİLƏR" ÖPÜŞÜR ARVADSAYAĞI

(Hər gün dəfələrlə müşahidə etdiyim
“kişi” öpüşlərinin sahiblərinə aiddir)
“Kişilər” dəyişib yoxsa ki, nədir,
“Kişilər” olubdur yaman bayağı.
“Qadınlar soyunur”, namus-ar gedir,
“Kişilər” öpüşür arvadsayağı.

“Kişilər” öpüşür küçədə, tində,
“Kişilər” öpüşür qadın önündə.
Vətənin əzablı ağır günündə,
“Kişilər”öpüşür arvadsayağı.

Tiryək alverçisi olan kişi də,
Sarayçın saçını yolan kişi də,
Pudra-kraskalı harın kişi də,
Elə hey öpüşür arvadsayağı.

Yetmiş yaşında da, qırx yaşında da
Badə məclisində tostlaşanda da,
Gündə əlli kərə rastlaşanda da,
“Kişilər”öpüşür arvadsayağı.

Sanma bu öpüşlər xoş duyğulardır,
Onların çoxunda saxtalıq vardır,
Qaynar dodaqlarda şaxtalıq vardır,
Kişilər öpüşür arvadsayağı.

Əksər öpüşmələr bir mənalıdır,
Nəsə umacaqlı, təmənnalıdır,
Bir qismi sirlidir, müəmmalıdır,
Kişilər öpüşür arvadsayağı.

Babalar boş yerə öpüşməyiblər,
Hər dəfə öpüşlə görüşməyiblər,
Ədəb hədlərindən yan keçməyiblər,
Onlar öpüşüblər kişisayağı.

Bayramda öpüşlə görüşüb onlar,
Novruzdan Novruza öpüşüb onlar,
Küsülü olanlar, kin saxlayanlar
Öpüşüb ürəklə kişisayağı.

Hardansa ağsaqqal qonaq gələndə,
Xəbər yayılardı obaya, kəndə,
Elin hüzurunda, elin önündə,
Babalar öpüşüb kişisayağı.

Vətən dar gündədir, çoxdur qayğımız,
Gəlib çatmalıdır qeyrət vaxtımız,
Bu gün öpüşməyə yoxdur haqqımız,
Vətəni düşünək kişisayağı!
“Kişilərə” baxmayın kişisayağı!

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR