SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

"ZƏRƏRLİ VƏRDİŞLƏRƏ YOX DEYƏK, HƏMİŞƏ SAĞLAM OLAQ"

22-04-2016, 18:52 | Oxunub: 5 884 |

"ZƏRƏRLİ VƏRDİŞLƏRƏ YOX DEYƏK, HƏMİŞƏ SAĞLAM OLAQ"
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında keçirilən pauerliftinq üzrə muxtar respublika birinciliyində doqquz çəki dərəcəsində 100 idmançı mübarizə aparıb.

"EMTV.az" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkil etdiyi yarış pauerliftinq idman növünü muxtar respublikada inkişaf etdirmək və kütləviliyinə nail olmaq məqsədi daşıyıb.

Birincilik üç növ – ştanqı çiyinlər üzərinə alaraq oturub-durmaq, uzanaraq sinədən qaldırmaq və ayaq üstə yerdən qaldırmaq üzrə keçirilib.

Birinciliyin yekununa əsasən, üç növ üzrə ümumi ağırlıq qaldırmada Ərkal Məmmədov 370 kiloqram, Xətai Abdullayev 410 kiloqram, Vəli Muradov 448 kiloqram, Sadiq Məmmədov 470 kiloqram, Emin İmanov 480 kiloqram, Cavid Qasımov 485 kiloqram, Bəhruz Cabbarov 425 kiloqram, Elvin Mirzəyev 490 kiloqram və Məmməd Abdinov 505 kiloqram nəticə göstərərək öz çəki dərəcələrində qalib adını qazanıblar.

Sonda qaliblərə muxtar respublikanın Gənclər və İdman Nazirliyinin diplom və hədiyyələri təqdim olunub.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR