SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Nura Suri:"Oruc tutmaq qadağandır"

22-06-2015, 11:29 | Oxunub: 658 |

Nura Suri:"Oruc tutmaq qadağandır"
"EMTV.az" xəbər verir ki, “əgər oruc tutanda əsəbləriniz korlanırsa, həkimə müraciət edin. Yəqin ki, probleminiz var və sizə oruc tutmaq qadağandır”

Bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb.

Müğənni oruc tutanların çoxunun hisrli və əsəbi olduğunu iddia edib:

“Anlaya bilmirəm ki, niyə oruc tutanların çoxu hirsli və əsəbi olurlar. Yemək və su fotosu paylaşan birini görəndə az qalırlar həmin insanı dar ağacına çəksinlər. Oruc tutmaq iradəni gücləndirməkdir. Aşbazlar da oruc tuturlar. Hamıya yemək hazırlayıb özləri ac qalırlar. Marketlərdə, bazarlarda işləyənlərin gözlərinin qabağında o qədər yemək-içmək olur. Onların da arasında oruc saxlayanlar var. Əgər oruc tutanda əsəbləriniz korlanırsa, həkimə müraciət edin. Yəqin ki, probleminiz var və sizə oruc tutmaq qadağandır”.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR