SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

NAXÇIVAN MR-da ƏMƏK PENSİYALARI ARTIRILDI

26-01-2016, 15:34 | Oxunub: 9 758 |

NAXÇIVAN MR-da ƏMƏK PENSİYALARI ARTIRILDI
Əmək pensiyalarının müntəzəm olaraq artırılması, pensiyaların vaxtlı-vaxtında pensiyaçılara ödənilməsi, pensiya təminatı ilə bağlı müvafiq qanunların qəbul edilməsi, ölkədə ilk dəfə olaraq yeni mexanizm hesab edilən fərdi uçot sisteminin qurulması, yaşa görə əmək pensiya hüququ olan sığortaolunanlara avtomatlaşdırılmış qaydada pensiyaların təyin edilməsi, əmək pensiyalarının pensiyaçılara plastik kartlar vasitəsi ilə ödənişinin təşkil edilməsi və digər bu kimi işlər ulu öndərimiz Heydər Əliyevin 2001-ci il 17 iyul tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında Pensiya İslahatı Konsepsiyası”nın yüksək səviyyədə reallaşması nəticəsində mümkün olmuşdur.

Ulu öndər Heydər Əliyev siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması haqqında” 16 yanvar 2016-cı il tarixli Sərəncamına əsasən, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılaraq 110 manat məbləğində müəyyən edilmişdir.

"EMTV.az"-ın Naxçıvandakı mətbuat mərkəzindən verilən xəbərə görə, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondundan bildirilir ki, yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması nəticəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsində nəzərdə tutulmuş şəxslərin, Azərbaycanın Milli qəhrəmanlarının və şəhidlərin ailə üzvlərinin, əlillərin və digər şəxslərin əmək pensiyalarının baza hissəsi 10 faiz artırılmaqla, onların pensiyalarının baza hissəsinin üzərinə müvafiq əlavələr də hesablanaraq ödəniləcəkdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respublika üzrə əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması məqsədilə fondun şəhər və rayon şöbələrinə müvafiq tapşırıqlar verilmiş və əmək pensiyaçılarının pensiyalarının baza hissəsinin məbləğinin 10 faiz artırılması prosesi başa çatdırılmaqdadır. Fond tərəfindən bütün növ əmək pensiyaları üzrə 48 min 56 nəfər əmək pensiyaçısının pensiyasının (hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və dövlət qulluqçusu kimi əmək pensiyası alan pensiyaçılar istisna olmaqla) baza hissəsinə 10 faiz artım tətbiq ediləcəkdir. Bu da muxtar respublika üzrə ümumi pensiyaçıların 93 faizini təşkil edir.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları tərəfindən bütün növ əmək pensiyaları üzrə hesablanmış artımlar ölkə başçısının Sərəncamına uyğun olaraq 2016-cı ilin fevral ayının pensiya ödənişində əmək pensiyaçılarının plastik bankomat kartlarına köçürüləcəkdir.

informasiya şöbəsi

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR