SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

NAXÇIVAN MR-sı YENİ İNKİŞAF DÖVRÜNÜ YAŞAYIR

26-01-2016, 15:16 | Oxunub: 21 213 |

NAXÇIVAN MR-sı YENİ İNKİŞAF DÖVRÜNÜ YAŞAYIR
İlkin şəhərsalma mədəniyyətinin izlərini özündə yaşadan qədim Naxçıvan şəhəri bu gün yeni inkişaf dövrünü yaşayır. Son illər şəhərin prospekt, küçə və məhəllələri abadlaşdırılmış, park və xiyabanlar salınmış, yeni inzibati və yaşayış binaları tikilmiş, yeni sosial obyektlər istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram”ın icrası bu işlərin davamlı olmasına imkan vermiş, Naxçıvan şəhərində tikinti-quruculuq, yaşıllaşdırma və abadlıq işlərinin həcmi artmışdır.
"EMTV.az"-ın Naxçıvandakı mətbuat mərkəzindən verilən məlumata görə
Naxçıvan şəhərində əhalinin rahatlığına xidmət edən müasir infrastruktur yaradılmış, şəhərin İslam Səfərli küçəsində yenidənqurma işləri aparılmış, Əliabad qəsəbəsində geniş abadlıq-quruculuq tədbirləri görülmüşdür. Tikinti-quruculuq işləri şəhər mərkəzi ilə yanaşı, ətraf kənd­ləri də əhatə etmişdir. Belə ki, Qaraçuq kəndində kompleks quruculuq işləri görülmüş, yeni kənd və xidmət mərkəzləri tikilib istifadəyə verilmişdir. Hazırda bu istiqamətdə işlər Bulqan kəndində davam etdirilir.

NAXÇIVAN MR-sı YENİ İNKİŞAF DÖVRÜNÜ YAŞAYIR
Şəhər əhalisinin mənzil-kommunal şəraitinin yaxşılaşdırılması istiqamətində də kompleks tədbirlər həyata keçirilmişdir. 2014-2015-ci illərdə şəhərin Atatürk, Kazım Talıblı, Əziz Əliyev küçələrində yaşayış binaları tikilmiş, sakinlərin mənzil təminatı yaxşılaşdırılmışdır. Həmçinin mövcud binalarda əsaslı təmir və yenidənqurma işləri aparılmış, 13 binanın dam örtüyü və fasadı dəyişdirilmiş, Atatürk küçəsindəki 5 nömrəli ictimai yaşayış binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilmişdir.
Yeni yaşayış binalarının tikintisi gənclərin mənzil şəraitinin yaxşılaşdırılmasına geniş imkanlar açmışdır. 2014-cü ilin may ayında Naxçıvan şəhərinin Əziz Əliyev küçəsində 3 beşmərtəbəli binadan ibarət yeni yaşayış kompleksi istifadəyə verilmişdir. Binalardakı 80 mənzilin ipoteka şərtləri ilə satışa çıxarılması gənc ailələrin mənzil təminatında mühüm əhəmiyyətə malik olmuşdur. Sözügedən küçədə geniş bir ərazini əhatə edən daha bir yaşayış kompleksinin – “Gənclər şəhərciyi”nin tikintisi isə davam etdirilir. Gənclərə göstərilən diqqət və qayğıdan söz düşmüşkən, qeyd edək ki, onların asudə vaxtının səmərəli təşkili və fəallığının artırılması məqsədilə də ardıcıl işlər görülmüş, Naxçıvan şəhərində müasir tələblərə cavab verən Gənclər Mərkəzi tikilib istifadəyə verilmişdir.
Genişmiqyaslı quruculuq tədbirləri Naxçıvan şəhərində digər sahələrin, xüsusilə təhsil müəssisələrinin müasir binalarla təminatına və maddi-texniki bazalarının gücləndirilməsinə də səbəb olmuşdur. Belə ki, Naxçıvan şəhərində 11 nömrəli və Qaraçuq kənd 9 nömrəli tam orta məktəblərin binaları əsaslı şəkildə yenidən qurulmuşdur. Həmçinin “Naxçıvan” Universiteti üçün müasir universitet şəhərciyi – inzibati və tədris binalarından, kitabxana, yataqxana, idman və konfrans zallarından ibarət yeni kompleks inşa olunaraq istifadəyə verilmişdir. Təhsil infra­strukturunun təkmilləşdirilməsi işlərindən Naxçıvan Dövlət Universitetinə də pay düşmüş, Baytarlıq təbabəti ixtisası və Universitet xəstəxanası üçün müasir binaların açılışı olmuşdur.
İnsanların sağlamlığının qorunması muxtar respublikada həyata keçirilən sosial tədbirlərin əsasını təşkil edir. Naxçıvan şəhərindəki səhiyyə müəssisələrinin müasir standartlara uyğunlaşdırılması, yeni xəstəxana binalarının tikilməsi pro­qramda icrası nəzərdə tutulan ən mühüm tədbirlərdəndir. Ötən dövrdə Naxçıvan şəhərində Yoluxucu Xəstə­liklər Mərkəzi üçün yeni bina inşa edilmiş, Qaraçuqda həkim ambulatoriyasının istifadəyə verilməsi kənddə səhiyyə xidmətinin səviyyəsini yüksəltmişdir. Bu tədbirlərin yekunu olaraq ötən il dekabrın 1-də Azərbaycan Respublikasının ­Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Naxçıvan Muxtar Respublika Xəstəxanasının binası istifadəyə verilmişdir.
NAXÇIVAN MR-sı YENİ İNKİŞAF DÖVRÜNÜ YAŞAYIR
Proqramda Naxçıvan şəhərindəki tarixi abidələrin bərpası, yeni mədəniyyət müəssisələrinin yaradılması da nəzərdə tutulmuşdur. Ötən dövrdə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində tikinti-bərpa işləri başa çatdırılmış, Pişəvəri küçəsində Bayraq Meydanı və Muzeyi, Fəxri xiyaban, Kalbalıxan küçəsində isə Xatirə Muzeyi üçün yeni bina inşa olunmuşdur. Proqramın icrası musiqi təhsilinin inkişafına da yeni imkanlar açmışdır. Azərbaycan Respublikası ­Prezidentinin Naxçıvana səfəri zamanı Naxçıvan Şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin yeni binası istifadəyə verilmiş, təhsil ocağında müasir tədris imkanları yaradılmışdır. Qaraçuq Kənd Uşaq Musiqi Məktəbinin yeni binası da həyata keçirilən tədbirlərin tərkib hissəsidir. Həmçinin şəhərin “Atabəylər” məhəlləsində Şərq hamamı tikilərək sakinlərin istifadəsinə verilmişdir.
NAXÇIVAN MR-sı YENİ İNKİŞAF DÖVRÜNÜ YAŞAYIR
Proqramın tələblərinə uyğun olaraq Naxçıvan şəhərində əhalinin rahat həyat şəraitinin təmin olunması, kommunal-məişət şəraitinin günün tələbləri səviyyəsində qurulması diqqət mərkəzində saxlanılmışdır. Bu məqsədlə şəhərin müxtəlif küçələrində 42 kilometrdən artıq hava elektrik verilişi xətləri yeraltı kabellərlə əvəz edilmiş, 17 ictimai yaşayış binasında istilik sistemi dəyişdirilmişdir. Enerji təhlükəsizliyinin təmin olunması və qaz təsərrüfatı sahəsinin təkmilləşdirilməsi istiqamətində də işlər davam etdirilmiş, 2015-ci ilin sonunadək şəhərdə 8 min 984 smartkarttipli elektrik və 7907 smartkarttipli qaz sayğacı quraşdırılmışdır. İçməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində də mühüm işlər görülmüş, 221 yaşayış binasına su-kanalizasiya xətti çəkilmişdir. Ümumiyyətlə, bu dövrdə 219 kilometr kanalizasiya xətləri çəkilmiş, 21 min 207 evdə su sayğacı quraşdırılmışdır. Hazırda çirkab sutəmizləyici qurğunun tikintisi aparılır. Kəhrizlərin bərpası və təmiri də bu baxımdan mühüm əhəmiyyət daşıyır. Ötən dövrdə şəhərdəki “Kalba Musa”, “Naxçıvanqala”, “Xandiki” kəhrizlərinin təmiri başa çatdırılıb.
NAXÇIVAN MR-sı YENİ İNKİŞAF DÖVRÜNÜ YAŞAYIR
Bu gün Naxçıvan şəhərində yeni texnologiyaların həyatın bütün sahələrində tətbiqi inkişafın əsas göstəricilərindən hesab olunur. Ötən dövrdə “Evədək optika” layihəsinin reallaşdırılması nəticəsində Naxçıvan şəhərində 99 fərdi evə və yeni tikilən 6 yaşayış binasına optik xətt çəkilmiş, ümumilikdə, 164 mənzildə GPON avadanlığı quraşdırılmışdır. Həmçinin şəhərin C.Məmmədquluzadə, Ə.Əliyev və “İstiqlal” küçələrində, Qaraxanbəyli kəndində, Xətai məhəlləsində, ümumilikdə, 5 ədəd yeni nəsil avtomat telefon stansiyası quraşdırılmışdır. Layihəyə əsasən, genişzolaqlı internet şəbəkəsinə qoşulma, IP televiziya və telefon xidmətlərinin daha da genişlənməsi istiqamətində ardıcıl tədbirlər görülmüş, 150 abonentə IP TV xidməti göstərilmişdir. Həmçinin simsiz internet şəbəkəsinin ən müasir texnologiyalar əsasında inkişafı məqsədilə 2014-cü ildə “Naxtel” mobil operatorunun 3G geniş zolaqlı internet xidmətini dəstəkləyən 5, 2015-ci ildə isə 4-cü nəsil LTE şəbəkəsi üçün 17 baza stansiyası qurulmuşdur.
NAXÇIVAN MR-sı YENİ İNKİŞAF DÖVRÜNÜ YAŞAYIR
Proqrama uyğun olaraq yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına da xüsusi diqqət yetirilmiş, şəhərdaxili yollar yenidən qurulmuşdur. Ötən dövrdə şəhərin Xətai məhəlləsində, Abbas Zaman­ov, Məmməd Araz, Məmmədcəfər Cəfərov küçələrində yollar abadlaşdırılmış, Qaraçuq kənd yolu yenidən qurulmuşdur. Yolların genişləndirilməsi nəticəsində ictimai nəqliyyat vasitələrinin rahat və davamlı hərəkəti təmin olunmuş, “İstiqlal” küçəsində 1, Əliabad qəsəbəsində 3 yeni dayanacaq quraşdırılmışdır. Həmçinin “Azərbaycan” küçəsində yerüstü piyada keçidinin istifadəyə verilməsi nəqliyyatın intensivliyini və piyadaların rahat hərəkətini təmin etmişdir. Bu istiqamətdə işlər şəhərin Qaraxanbəyli və Bulqan kəndlərində də davam etdirilir, İslam Səfərli küçəsində isə yeni avtomobil parkı inşa olunur. Əhaliyə göstərilən nəqliyyat xidmətinin səviyyəsinin yüksəldilməsi istiqamətində də kompleks tədbirlər görülmüş, şəhərdaxili nəqliyyatda işləyən marşrutların yenilənməsi məqsədilə 5 ədəd “King-Long”, 2 ədəd “İsuzu Citybus” markalı müasir avtobus alınaraq xəttə buraxılmışdır. Naxçıvan Şəhər Nəqliyyat İdarəsinə təqdim olunan 2 ədəd “Man Neoplan” markalı avtobuslar isə beynəlxalq sərnişindaşıma xidmətinin yüksəldilməsinə mühüm töhfə vermişdir.
Salınan park və xiyabanlar, müasir istirahət kompleksləri şəhərə xüsusi görkəm verməklə yanaşı, həm də sakinlərin və turistlərin mənalı istirahətinə, asudə vaxtının səmərəli təşkilinə xidmət edir. Bu işlər çərçivəsində Naxçıvançay vadisində “Əyləncə adası” istirahət parkı istifadəyə verilmişdir. Ərazidə yeni istirahət parkının salınması və yaşıllıqların artırılması da nəzərdə tutulur. Yaşıllaşdırma tədbirlərindən söz düşmüşkən onu da qeyd edək ki, ötən dövrdə Naxçıvan şəhərinin ətraf ərazilərində 19,1 hektarlıq meyvə bağları salınmış, 5 hektar yaşıllıq sahəsində bərpa işləri aparılmışdır.
Sahibkarlığın dəstəklənməsi iqtisadi inkişafın təmin olunmasında başlıca şərtdir. Buna görə də sahibkarlığın inkişaf etdirilməsi proqramın əsas hədəflərindən idi. 2014-2015-ci illərdə Naxçıvan şəhərində köynək, konserv taraları, ətin konservləşdirilməsi, ət qovurması və unlu-qənnadı məmulatları istehsalı, melamin lövhə, laminat örtüklü iş masası lövhəsi və PVC örtüklü parlaq lövhə, silikon yorğan və yaylı döşək istehsalı sahələri yaradılmış, “Cahan” AVM tikilib istifadəyə verilmişdir. Həmçinin Naxçıvan “Alt Trikotaj” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti bərpa olunmuş, müəssisədə tələbələr üçün geyim dəstləri, sukeçirməz əlcək, kostyum və yüngül ayaqqabı istehsalı sahələri yaradılmışdır. “Naxçıvan Xalça” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti də genişləndirilmiş, polietilen torba və təsərrüfat ipi, yuyucu maddələr, uşaq bezi və qəlyan kömürü istehsalına başlanılmışdır. Müəssisədə yun emalı və xalça istehsalı sahəsinin yaradılması üzrə də hazırlıq işləri görülür. Bu tədbirlərin davamı olaraq, Naxçıvan şəhərindəki “Şüşə Qablar” ASC-nin fəaliyyətinin bərpası, eləcə də toxumçuluq təsərrüfatının yaradılması məqsədilə müvafiq işlər aparılır.
NAXÇIVAN MR-sı YENİ İNKİŞAF DÖVRÜNÜ YAŞAYIR
Yeni istehsal və xidmət sahələrinin yaradılması kənd təsərrüfatının inkişafına da mühüm töhfələr verir. Naxçıvan şəhərindəki Mərkəzi bazarda bitkiçilik və heyvandarlıq sahələri üzrə əczaxananın istifadəyə verilməsi fermer və torpaq mülkiyyətçilərinin razılığına səbəb olmuşdur. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin maddi-texniki bazası da gücləndirilmiş, 2015-ci­ ildə 180 müxtəlif təyinatlı yeni texnika alınaraq muxtar respublikaya gətirilmişdir.
Muxtar respublikada sənətkarlığın inkişafı da diqqət mərkəzində saxlanılır. Xüsusilə qədim xalq sənətkarlıq sahələrinin bərpası və yaşadılması istiqamətində ardıcıl işlər görülür. Bu tədbirlərin davamı olaraq, “Naxçıvan Biznes Mərkəzi” MMC-nin tabeliyində xalq yaradıcılığı emalatxanası yaradılmış, ağac üzərində oyma, xalçaçılıq, rəssamlıq və dekorativ-tətbiqi sənət kimi qədim sənətkarlıq bölmələri fəaliyyətə başlamışdır. Yaradılan şəraitin nəticəsidir ki, sənaye müəssisələrinin də xalq sənətkarlığı sahələrinə marağı xeyli artmışdır. Belə ki, “Dizayn Holdinq” Şirkətlər İttifaqının nəzdində mis üzərində döymə və ağac üzərində oyma, vitraj, “Gəmiqaya Mebel Fabriki” MMC-də ağac üzərində oyma və dekorativ-tətbiqi sənət sahələri yaradılmış, sənətkarlıq sahələri üzrə kurslar təşkil olunmuşdur. Eyni zamanda dulusçuluq sənətinin bərpası ilə bağlı tədbirlər görülmüş, Masallı rayonundan mütəxəssis cəlb olunmuş və sənət adamlarına bu qədim el sənətinin incəlikləri öyrədilmişdir.
“2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram”ın icrası Naxçıvan şəhərinin müasir inkişafında, sahibkarlıq fəaliyyətinin genişləndirilməsində, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsində, nəticədə, əhalinin rahatlığının təmin olunmasında və rifahının daha da yaxşılaşdırılmasında mühüm rol oynamışdır.

informasiya şöbəsi

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR