SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

DÖVLƏT GÖMRÜK KOMİTƏSİ ƏHALİYƏ MÜRACİƏT ETDİ

26-01-2016, 12:25 | Oxunub: 12 113 |

DÖVLƏT GÖMRÜK KOMİTƏSİ ƏHALİYƏ MÜRACİƏT ETDİ
Yanvarın 25-də bəzi kütləvi informasiya vasitələrində A (H1N1) virusuna qarşı gömrük və səhiyyə orqanları tərəfindən həyata keçirilən tədbirlər, ölkəmizə gələn bəzi vətəndaşların gömrük-sərhəd keçid məntəqələrində yoxlamalara cəlb edilməməsi barədə məlumatlar yayımlanıb.

"EMTV.az" xəbər verir ki, Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, gömrük-sərhəd keçid məntəqələrində A (H1N1) virusu daşıyıcılarının müəyyən edilməsi və bu məsələlər üzrə həyata keçirilən əks-epidemik tədbirlər barədə məlumatları mütəmadi olaraq kütləvi informasiya vasitələri ilə ictimaiyyətin diqqətinə çatdırılıb: "Dövlət Gömrük Komitəsi bir daha bəyan edir ki, hər hansı potensial təhlükəli halın vaxtında müəyyən edilməsi və qarşısının alınması üçün bir sıra vacib və profilaktik tədbirlər davamlı surətdə aparılır. Gömrük və səhiyyə orqanlarının müvafiq qurumları qarşılıqlı əlaqədədir, sərhəd gömrük-keçid məntəqələrində zəruri olan dezinfeksiya və digər əks-epidemik tədbirlər mütəmadi həyata keçirilir. Gömrük-keçid məntəqələrində quraşdırılmış yüksək hərarəti müəyyən edən termovizorlar vasitəsilə vəziyyətə nəzarət olunur.

Ölkəyə gələn şəxslər üzərində vizual müşahidə aparılır və xəstəliyə yoluxma əlamətləri (yüksək hərarət, öskürək, qusma və s. simptomlar) aşkar edilərsə həmin vətəndaşların təcrid olunması, sanitariya-karantin həkimləri vasitəsi ilə xüsusi müəyyən edilmiş izolyator tipli otaqlarda müayinə aparılması, fakt barədə dərhal müvafiq səhiyyə qurumlarına məlumat verilməsi mexanizmi işlənib hazırlanıb.


Görülən işlər gömrük orqanlarında çalışan mütəxəssislər tərəfindən sistematik olaraq nizamlı surətdə müşahidələr aparılmaqla həyata keçirilir, şübhəli hal aşkarlanmadıqda şəxslər sorğu-suala cəlb edilmirlər. Eyni zamanda, ölkə ərazisinə daxil olan bütün sərnişin daşıyan nəqliyyat vasitələrinin (təyyarələr, qatarlar və s.) bələdçiləri ilə səyahət zamanı sərnişinlər arasında hər hansı bir xəstəliyə yoluxma halının mövcud olması barədə mütləq qaydada sorğu-sual aparılır".

Dövlət Gömrük Komitəsi əhaliyə müraciətlə tövsiyə edir ki, hər hansı şəxs səyahət zamanı istər özündə, istərsə də ətrafındakı insanlarda şübhəli hal müşahidə etdiyi təqdirdə dərhal gömrük-sərhəd keçid məntəqələrində fəaliyyət göstərən əməkdaşları məlumatlandırsın.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR