SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

BAKIDA VƏ SUMQAYITDA OĞRULAR TUTULDU

23-01-2016, 15:26 | Oxunub: 16 086 |

BAKIDA VƏ SUMQAYITDA OĞRULAR TUTULDU
Paytaxtda və Sumqayıtda bir neçə oğurluq hadisəsi baş verib.

"EMTV.az" Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, DİN Kriminalistik Tədqiqatlar İdarəsi və Nizami RPİ 23-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 15-də Bakı şəhər sakini Laləzar Həmidovanın evindən 18000 manat oğurlamış həmyerlisi Mirab İbrahimli tutulub.

Yanvarın 21-də isə Məcid Yusifovun
cibindən 963 manat, 700 ABŞ dolları və 155 lirə pul oğurlayan şəxs saxlanılıb. Nəsimi RPİ 20-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğuluq edən qadın, Bakı şəhər sakini Mehriban Ələkbərova tutulub.

Yasamal RPİ 29-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 30-dan cari il yanvar ayının 22-dək olan Bakı şəhər sakini Eyvaz Muradova məxsus mağazadan açar seçmək yolu ilə 2200 manat oğurlamış Bərdə rayon sakini Zamin Muradov saxlanılıb.

Ötən ilin dekabrında Bülbülə qəsəbə sakini Gülnar Kaltayevanın evindən 1725 manat dəyərində qızıl əşyalar oğurlayan şəxs tutulub. Suraxanı RPİ 31-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq edən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mətləb Məmmədov tutulub.

Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 21-də Mahir Əliyevə məxsus ofisdən oğurluğa cəhd göstərmiş şəhər sakinləri Samir Nəcəfov, Paşa Əkbərov və Abşeron rayon sakini Elşad Həsənov saxlanılıb. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların yanvarın 17-də Bağban Osmanova məxsus mağazadan 1500 manat oğurlamaları da müəyyən edilib.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR