17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
MİLLİ MƏCLİSİN DEPUTATLARI İƏT-in SESSİYASINDA İŞTİRAK EDƏCƏKLƏR
Yanvarın 24-25-də İraqın paytaxtı Bağdad şəhərində İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Parlament İttifaqı Konfransının 11-ci sessiyası keçiriləcək.
"EMTV.az" xəbər verir ki, Milli Məclisin mətbuat xidmətindən bildiriblər ki, sessiyada parlamentin deputatları Gövhər Baxşəliyeva və Mirkazım Kazımov iştirak edəcəklər.
Toplantıda terrorizm və ekstremizmlə mübarizə, Fələstində son hadisələr, Suriyada humanitar vəziyyət, Sudanda, Somalidə, Malidə və Çadda mövcud siyasi durum, miqrasiya və qaçqınlar problemi, Kiprdə, Hindistanın Cammu və Kəşmir ştatında, Myanmada vəziyyət, Krımda müsəlman tatarların durumu ilə bağlı mövzular ətrafında müzakirələr aparılacaq.
Sessiyada Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı ilə əlaqədar məsələyə də baxılacaq.
Səfər yanvarın 26-da başa çatacaq.