17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
PENSİYALAR YENƏ ARTACAQ
Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev pensiyaların artımı ilə bağlı məsələnin təfərrüatlarını açıqlayıb.
"EMTV.az" xəbər verir ki, DSMF sədri açıqlamasında bildirib ki, pensiyalar bir qədər də artacaq və uşağa qulluğa görə verilən müavinətlərin də artırılması istiqamətində işlər gedir:
“Pensiyaların baza hissəsinin fevralın birindən artırılması ilə bağlı cənab prezidentin verdiyi sərəncamın icrasından irəli gələn vəzifələr Dövlət Sosial Müdafiə Fondu tərəfindən artıq yekunlaşmaq üzrədir. Fevral ayınını pensiyaları ödənilərkən vətəndaşlarımız bunu artımla birgə alacaqlar.
Buna paralel olaraq, pensiyaların sığorta hissəsinin indeksləşdirilməsilə bağlı ölkə başçısının tapşırığına uyğun olaraq müvafiq təkliflər hazırlanmaqdadır. Yəqin ki, yaxın dövrdə qəbul ediləcək qərarların icrası da avtomatlaşdırılmış rejimdə tərəfimizdən yerinə yetirilləcək. Eyni zamanda buna paralel olaraq uşağa qulluğa görə verilən müavinətlərin də artırılması üçün müəyyən təkliflər hazırlayırıq. Bu da əhəmiyyətli bir artımı ifadə edəcək”.