SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

DÜNYA BANKI İLƏ İQTİSADİYYAT NAZİRLİYİ ARASINDA RAZILIQ OLUB

21-01-2016, 18:44 | Oxunub: 8 519 |

DÜNYA BANKI İLƏ İQTİSADİYYAT NAZİRLİYİ ARASINDA RAZILIQ OLUB
İqtisadiyyat naziri Şahin Mustafayev Dünya Bankının Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüşüb. "EMTV.az" xəbər verir ki, görüşdə Azərbaycan və Dünya Bankı arasında əlaqələrin mövcud vəziyyəti və əməkdaşlığın inkişaf perspektivləri, eləcə də dünya iqtisadiyyatındakı qeyri-sabitlik və neqativ tendensiyaların Azərbaycan iqtisadiyyatına mümkün təsirləri, hökumətin gördüyü tədbirlərə dair müzakirələr aparılıb.


Nazir qeyd edib ki, son illər ərzində ölkə iqtisadiyyatının neftdən asılılığının azaldılması, iqtisadiyyatın diversifikasiyası, biznes mühitinin yaxşılaşdırılması, qeyri-neft sektorunun, ölkə regionlarının inkişafı prioritet istiqamətlər kimi müəyyənləşdirilmiş və bu istiqamətlərdə bir sıra məqsədyönlü tədbirlər həyata keçirilib. Bu tədbirlər ölkəmizdə makroiqtisadi vəziyyətin sabitliyini, sosial və infrastruktur layihələrinin uğurla reallaşdırılmasını, ölkə iqtisadiyyatının inkişafını, eləcə də Azərbaycan iqtisadiyyatının xarici təsirlərə dayanıqlılığını şərtləndirmiş, ölkəmiz ciddi iqtisadi uğurlar qazanıb. Bu prioritetlərin nə qədər doğru olduğunu hazırkı mürəkkəb dövr bir daha təsdiq edir.
Ş. Mustafayev neqativ xarici iqtisadi tendensiyaların ölkə iqtisadiyyatına təsirinin minimallaşdırılması məqsədilə Azərbaycan hökuməti tərəfindən həyata keçirilmiş tədbirlər barədə məlumat verib və bildirib ki, bütün qorunan əmanətlərin məbləğindən asılı olmayaraq tam sığortalanması, fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə dividend, diskont və faiz gəlirlərinin vergidən azad edilməsi, Azərbaycandan kapital axınının qarşısının alınması üçün valyuta tənzimlənməsi sahəsində qanunvericilik aktlarında dəyişiklik edilməsi, eyni zamanda investisiyaların təşviqi, biznes mühitinin yaxşılaşdırılması və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması sahəsində mühüm qərarlar qəbul olunub.


Dünya Bankı və Azərbaycan arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini qeyd edən nazir yeni iqtisadi şəraitdə bankla daha sıx əlaqələrin davam etdiriləcəyini vurğulayıb.


Dünya Bankının Azərbaycan üzrə meneceri Larisa Leşenko Azərbaycan hökuməti tərəfindən iqtisadi sahədə həyata keçirilən tədbirləri yüksək qiymətləndirib, görülmüş işlər nəticəsində ölkə iqtisadiyyatında artıma nail olunduğunu, yoxsulluq və işsizlik səviyyəsinin qısa müddət ərzində azaldıldığını vurğulanıb. L.Leşenko qeyd edib ki, vaxtilə həyata keçirilmiş qabaqlayıcı tədbirlər hazırkı iqtisadi vəziyyətdən daha az təsirlərlə çıxmağa imkan yaradır.

Dünya Bankının region üzrə proqram rəhbəri Raşmi Şankar isə Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafını qeyd edərək, mürəkkəb iqtisadi şəraitdə Azərbaycanın hazırlıqlı və tədbirli olmasını xüsusi vurğulamış, əhalinin sosial müdafiəsi, əmanətlərin qorunması, kapital axınının qarşısının alınması, iqtisadi diversifikasiyanın sürətləndirilməsi üzrə qısa müddətdə lazımi tədbirlərin görülməsini yüksək qiymətləndirib. Proqram rəhbəri yeni iqtisadi şəraitin ölkə iqtisadiyyatının strukturunun təkmilləşdirilməsinə, rəqabət qabiliyyətinin və ixracın artırılmasına yeni imkanlar yaratdığını bildirib. R. Şankar bu şəraitdə birgə inkişaf proqramının hazırlanması və "Dünya Bankının inkişaf siyasətinə maliyyə dəstəyi" aləti çərçivəsində bu proqramın icrasına dəstəyin göstərilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması sahəsində Azərbaycanla əməkdaşlığın genişləndirilməsi imkanları barədə məlumat verib.

Görüşdə biznes mühitinin daha da yaxşılaşdırılması və birgə inkişaf planının hazırlanması üzrə əməkdaşlığın dərinləşdirilməsi barədə razılıq əldə olunub.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR