22 in 10:48Oxunub: 387 |

Marina Durunda gümüş medal qazandı

Marina Durunda gümüş medal qazandı
"EMTV.az" xəbər verir ki, bədii gimnastika üzrə Azərbaycan millisi Bakı-2015 I Avropa Oyunlarını mükafatla başa vurub.

Təmsilçimiz Marina Durunda lentlə hərəkətlərdə gümüş medala yiyələnib. Bu, Azərbaycan millisinin Bakı-2015-də 35-ci medalı olub.

Çıxışı xalla 18,200 qiymətləndirilən idmançımız yalnız rusiyalı Yana Kudryavtsevadan (19,000) geri qalaraq, yarışı 2-ci pillədə başa vurub. Bürünc medala isə gürcüstanlı Salome Pajava (17,950) yiyələnib.

Bu gün Bakı-2015 I Avropa Oyunlarının bədii gimnastika yarışlarında daha 5 dəst medal sahibini tapıb. Ayrı-ayrı alətlərlə (həlqə, lent, top, gürzlər) fərdi yarışlarda, qruplar isə 2 növdə (gürzlər və həlqələr, lent) qüvvəsini sınayıb. Azərbaycan təmsilçilərindən yalnız Marina Durunda xalça üzərində çıxıb.

3 növdə mübarizə aparan idmançımız həlqə ilə çıxışda 17,800 xal əldə edib. O, bu nəticə ilə 5-ci yeri tutub. Mükafatları isə rusiyalı Marqarita Mamun (18,850), belaruslu Melitina Stanyuta (18,500) və israilli Nata Rıvkin (18,150) qazanıb.

Topla hərəkətlərdə idmançımızın çıxışı 16,100 xalla qiymətləndirilib. Marina final mərhələsini 6-cı yerdə başa vurub. Bu hərəkətdə ilk “üçlüy”ü rusiyalı Yana Kudryavtseva (18,950), ukraynalı Anna Rizatdinova (18,250) və belaruslu Melitina Stanyuta (18,200) təşkil edib.
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
...O, MƏNİM ATAM İDİ
...O, MƏNİM ATAM İDİ
Oxunub: 5437
XƏBƏR LENTİ

Reklam
Məzənnə