SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

AVROPA ERMƏNİLƏRDƏN İMTİNA EDİR

19-01-2016, 16:34 | Oxunub: 9 149 |

AVROPA ERMƏNİLƏRDƏN İMTİNA EDİR
Böhran işğalçı ölkədə daha böyük problemlərə yol açıb

Dünya iqtisadiyyatında baş verən çətinliklər Ermənistanda iqtisadi böhranı daha da dərinləşdirib. Başqa sözlə, onsuz da bərbad vəziyyətdə olan iqtisadiyyatın daha sürətlə çökməsi ölkədə sosial narazılığı daha da artırıb. Hadisələrin gedişi göstərir ki, cari il ərzində Ermənistan iqtisadiyyatı defolt vəziyyətə düşə bilər.

Problemin həlli ölkə daxilində mümkün olmadığından ermənilər yenə ümidlərini xaricə bağlayıblar. Məsələn, onlar Rusiyadan alınan qazın qiymətinin aşağı salınmasını istəyirlər. Ermənistanın baş naziri Ovik Abramyan sahibkarlarla görüşündə bildirib ki, artıq bu məsələ onlar üçün həyati əhəmiyyət kəsb edir. Ermənistan hakimiyyəti Rusiyadan təbii qazın qiymətini aşağı salmağı xahiş edib və məsələ ilə bağlı müsbət qərar veriləcəyini gözləyir: “Yerli istehsalçılar enerjidaşıyıcıların qiymətlərinin yerli malların rəqabətqabiliyyətliyinə və iş yerlərinin saxlanılmasına mənfi təsiri ilə əlaqədar mənə narahatlıqlarını bildiriblər. Rusiya tərəfi ilə danışıqlar aparırıq”.
Rusiya onsuz da Ermənistana qazı aşağı qiymətlə satırdı. Bu mənada vəziyyətin dəyişəcəyi gözlənilmir. Əhali isə vəziyyət daha da pisləşdiyi üçün, həmişəki kimi, Ermənistanı tərk etməyə üstünlük verir. Amma xaricdə erməniləri qəbul etmək istəyənlərin sayı azalıb. Məsələn, bu günlərdə Almaniyanın Bavariya əyalətinin hakimiyyət dairələri sığınacaqla bağlı müraciətlərin rədd olunacağı ölkələrin siyahısını genişləndirib və bu siyahıya Ermənistan da daxil edilib. Bu o deməkdir ki, artıq ermənilərin Bavariya əyalətinə üz tutması mümkün olmayacaq. Ümumiyyətlə, Ermənistandan olan miqrantların sığınacaq istəklərinə Almaniyanın Federal Miqrasiya və Qaçqınlar Xidməti çox nadir hallarda müsbət cavab verir.
Bunu görən ermənilər yeni hiylələrə əl atmağa başlayıblar. Belə ki, Avropaya yol tapa bilmək üçün onlar hətta özlərini Suriyadan olan qaçqın kimi də təqdim edirlər. Bu günlərdə Beynəlxalq Miqrasiya Təşkilatının Cenevrədə keçirilən tədbirində sonuncu miqrasiya prosesləri barədə məlumatlar təqdim edilib. Təşkilatın məlumatına görə, 2015-ci ildə 1 milyon 4 min 365 miqrant və qaçqın Aralıq dənizi vasitəsilə Avropaya gəlib. Suriyadan əsas qaçqın axını Yunanıstana üz tutur. Ötən il həmin ölkəyə təqribən 850 min miqrant gəlib. Təşkilatın məlumatına əsasən, suriyalı miqrantlar, Suriyada vətəndaş müharibəsindən qaçıb Avropaya sığınanlar arasında 9 Ermənistan vətəndaşı da olub. Amma belə fırıldaqçı erməniləri Avropa qəbul etmir.
Ermənistan mediası ölkəni tərk edənlərin 80 faizinin ölkədə siyasi, sosial, iqtisadi vəziyyətin daha da ağırlaşmasını, yoxsulluq səviyyəsinin artaraq başlıca problemə çevrilməsini əsas səbəb kimi göstərdiyini yazır.
Ermənistanın Miqrasiya Xidməti də ölkəni tərk edənlərin sayının durmadan artdığını etiraf edir. Rəsmi məlumatlara görə, xarici ölkələrə miqrasiya edən ermənilər bir daha geri qayıtmırlar. Aparılan araşdırmalara əsasən, 2008-ci ildə Ermənistanı 23 min nəfər tərk edib və geri qayıtmayıb. 2009-cu ildə bu göstərici 25 min, 2010-cu ildə 30 min nəfər təşkil edib. Son beş ildə isə Ermənistanı hər il ən azı 50-60 min insan tərk edib. Amma bu, rəsmi rəqəmlərdir. Reallıqda ölkəni daha çox sayda insan tərk edib.
Aparılan rəsmi araşdırmalar göstərir ki, miqrasiya artan xətt üzrə davam etsə, 2025-ci ilədək respublikada əhalinin sayı 1,5 milyon nəfərə kimi azalacaq. Məsələ bundadır ki, hazırda Ermənistanda əmək qabiliyyətli əhalinin 40-50 faizi xaricə köçmək istəyir. Elə bu səbəbdəndir ki, imkan yaranan kimi ölkəni tərk edənlərin sayı artır.
Ümumiyyətlə, Ermənistandan insan axını fəlakətli miqyas alıb və vəziyyətin dəyişməsi gözlənilmir. Vətəndaşlar arasında miqrasiyanın belə geniş şəkil alması təkcə sosial problemlərin dərinləşməsi yox, həm də demokratiyanın yoxluğu və insan haqlarının qorunmaması səbəbindən yaranıb. Buna görə nicatını başqa ölkələrə sığınmaqda görən ermənilərin sayının bundan sonra daha da çoxalacağı proqnozlaşdırılır.

Elçin CƏFƏROV

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR