SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

İRANA QARŞI BEYNƏLXALQ SANKSİYALAR LƏĞV OLUNDU

19-01-2016, 16:00 | Oxunub: 8 589 |

İRANA QARŞI BEYNƏLXALQ SANKSİYALAR LƏĞV OLUNDU
Beynəlxalq münasibətlərdə təxminən 10 il davam etmiş gərginlik, nəhayət, aradan qalxdı. Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İranın nüvə proqramının məhdudlaşdırılmasına dair rəsmi Tehranla beynəlxalq vasitəçilər (ABŞ, Rusiya, İngiltərə, Fransa, Çin və Almaniya) arasında ötən ilin iyulunda imzalanmış Birgə Kompleks Fəaliyyət Planının (BKFP) reallaşdırıldığını təsdiqlədi və sazişə uyğun olaraq, İrana qarşı tətbiq olunmuş beynəlxalq sanksiyalar ləğv edildi.

BKFP İranın zənginləşdirilmiş uran ehtiyatlarını 98 faiz azaltmasını, uranın zənginləşdirmək üçün sentrifuqaların əksəriyyətinin işini dayandırmasını, gələcəkdə yalnız İR-1 birinci nəsil sentrifuqalardan istifadə etməsini və yeni sentrifuqa modellərindən imtina etməsini nəzərdə tuturdu. Bundan başqa, İranın nüvə obyektləri beynəlxalq müfəttişlərin nəzarətinə verilməli idi. İran gələcəkdə atomdan yalnız dinc məqsədlər üçün istifadə etmək öhdəliyi götürürdü.
Ötən şənbə günü MAQATE İranın BKFP-yə uyğun olaraq üzərinə götürdükləri öhdəlikləri yerinə yetirdiyini bəyan etdikdən sonra ABŞ və Avropa İttifaqı (Aİ) Tehrana qarşı sanksiyaları qaldırdı. ABŞ Maliyyə Nazirliyi məlumat verdi ki, Vaşinqton polad, qızıl, kömür, avtomobil və digər bir çox mühüm malların ticarəti sahəsində sanksiyaları qüvvədən salmışdır. ABŞ həmçinin İran Mərkəzi Bankı və Milli Neft Şirkəti ilə münasibətdə sanksiyaları ləğv etmişdir. Eyni zamanda Vaşinqton İrana sərnişin təyyarələri ixracına qoymuş qadağanı aradan qaldırmışdır.
Bununla belə, ABŞ Maliyyə Nazirliyi qeyd etmişdir ki, qadağanın qaldırılması yalnız İranla əməkdaşlıq etməyi planlaşdıran xarici hüquqi və fiziki şəxslərə aiddir. Vaşinqton bundan sonra İranla ticarət əlaqələri quracağı təqdirdə həmin şirkətlərə münasibətdə sanksiyalar tətbiq etməyəcək. Amerika şirkətlərinin xarici filiallarının İranda işləməsinə də icazə verilir. Bütün bunlar hələlik amerikalı hüquqi və fiziki şəxslərə aid deyil. Yəni ABŞ-ın İrana qarşı ticarət embarqosu qüvvədədir.
Aİ də İrana qarşı sanksiyaları ləğv etmişdir. Avropa neft embarqosundan imtina edir, İran şirkətləri və bankları ilə maliyyə sahəsində əməkdaşlığa icazə verir. Aİ ölkələrinin şirkətləri bundan sonra İranla bütün sahələrdə əlaqələr yaratmaq imkanı əldə edir.
Beynəlxalq sanksiyaların qaldırılması İran üçün iki cəhətdən daha çox əhəmiyyət kəsb edir. Birincisi, İran dondurulmuş maliyyə aktivlərinə çıxış əldə edəcək. Dünya Bankının məlumatına görə, Qərb banklarında İranın təqribən 107 milyard dollarlıq vəsaitinə həbs qoyulmuşdur. Söhbət əsasən neft ixracından əldə olunmuş puldan gedir. Tehran sanksiyalar ləğv olunduqdan dərhal sonra 29 milyard dollara çıxış əldə edəcək. İkincisi, sanksiyaların ləğvi İranın neft ixracını artırmasına şərait yaradacaq. Gözlənildiyinə görə, Tehran bundan sonra əlavə olaraq gündə 500 min barel neft ixrac edə biləcək. Ümumiyyətlə, İranın yaxın bir il ərzində neft ixracını sanksiyalardan əvvəlki göstəriciyə - 3,4 milyon barel/gün səviyyəsinə çatdıracağı ehtimal olunur.
Beynəlxalq sanksiyaların ləğvi ərəfəsində Vaşinqton və Tehran bəzi xoşniyyətli jestlər də etdilər. Belə ki, iki ölkə məhbus mübadiləsi həyata keçirdi: İran ABŞ-ın dörd vətəndaşını azadlığa buraxdı, ABŞ isə İranın yeddi vətəndaşını Tehrana təhvil verdi. Bundan başqa, Vaşinqton və Tehran ABŞ və İranın iddialarının tənzimlənməsinə dair Haaqa tribunalında əldə etdikləri sazişə uyğun olaraq, ABŞ İrana 1,7 milyard dollar ödəyəcək. İran bu pulu təxminən 40 il əvvəl Amerika hərbi texnikası almaq üçün ödəmiş, amma texnikanı ala bilməmişdi. Hərbi texnika 1979-cu ildə iki ölkə arasında diplomatik münasibətlər kəsilməmişdən əvvəl - İran şahı Məhəmməd Rza Pəhləvinin hakimiyyəti dövründə sifariş edilmişdi.
İranla Qərb arasında nüvə probleminin həlli beynəlxalq ictimaiyyət tərəfindən razılıqla qarşılanmışdır. İlk münasibət ABŞ və İran liderlərindən gəlmişdir. ABŞ Prezidenti Barak Obama xüsusi bəyanatla çıxış edərək bildirmişdir ki, “biz Yaxın Şərqdə yeni müharibə başlamadan diplomatiya sahəsində tarixi tərəqqiyə nail olduq”. O, əlavə etmişdir ki, “indi İranın əlində hətta bir atom bombası yaratmaq üçün material yoxdur”. Obama qeyd etmişdir ki, onilliklər boyu İranla ixtilaflar ucbatından iki ölkənin hökumətləri bir-biri ilə danışmırdı. Bu da nəticə etibarilə “Amerikanın maraqlarını irəli aparmağa imkan vermirdi”. Onun fikrincə, bu illər ərzində İran nüvə silahı yaratmaq imkanı əldə etməyə get-gedə yaxınlaşırdı. Ona görə də ABŞ milli maraqları müdafiə etmək üçün İran hakimiyyət orqanları ilə danışıqlara başlamağı qərara aldı: “Biz nəticəni gördük. İndi İran nüvə bombası əldə edə bilməyəcək və dünya daha təhlükəsiz olacaq”.
Öz növbəsində İran Prezidenti Həsən Ruhani nüvə sazişinin əldə edilməsində və beynəlxalq sanksiyaların ləğv olunmasında hökumətinin gördüyü diplomatik səyləri qeyd etmişdir. O, televiziya ilə xalqa müraciətində bildirmişdir ki, nüvə sövdələşməsinin reallaşdırılması İranın dünya ilə münasibətlərində yeni mərhələ açır: “Biz iranlılar düşmənçiliyi, şübhə və intriqaları keçmişdə qoyub dünyaya dostluq əli uzatdıq, İranın dünya ilə münasibətlərində yeni fəsil açdıq”. Ruhani əlavə etmişdir ki, sanksiyaların ləğvi milli iqtisadiyyat üçün dönüş nöqtəsi oldu.
Dünyanın bütün aparıcı dövlətləri, eləcə də İrana qonşu ölkələr beynəlxalq sanksiyaların ləğvini dövlətlərarası əlaqələrdə mühüm hadisə kimi qiymətləndirmişdir. İrana qarşı birtərəfli qaydada sanksiyalar tətbiq etmiş ayrı-ayrı ölkələr də bu məhdudiyyətləri tezliklə qaldıracaqlarını bəyan etmişlər.
Bütün bunlarla yanaşı, qeyd etmək lazımdır ki, İrana qarşı bütün sanksiyalar aradan qaldırılmamışdır. Həm Amerika, həm də Aİ İrana silah satışına qoyduğu embarqonu qüvvədə saxlayır. Vaxtilə ABŞ və Aİ İranı terrorizm və insan hüquqlarını pozan şəxsləri və təşkilatları dəstəkləməkdə ittiham edərək ona qarşı sanksiyalar tətbiq etmişdi. Həmin sanksiyalar da qüvvədən düşməmişdir.
ABŞ Prezidenti Barak Obamanın vurğuladığı kimi, nüvə proqramına dair saziş heç vaxt Tehranla Vaşinqton arasında bütün ixtilafları tənzimləməyə yönəldilməmişdi. O, əlavə etmişdir ki, ABŞ “İranın Yaxın Şərqdə pozucu fəallığı”na göz yummaq niyyətində deyil. Obama qeyd etmişdir ki, ABŞ İranda insan hüquqlarının pozulmasına və Tehranın ballistik raket proqramını davam etdirməsinə biganə qalmayacaq: “Biz bu sanksiyaları gücləndirməyi qətiyyətlə davam etdirəcəyik”.
Ağ ev İrana dəyişməz münasibətini beynəlxalq sanksiyalar qaldırıldıqdan sonra atdığı ilk addımla təsdiqlədi. Belə ki, ABŞ Maliyyə Nazirliyi İrana qarşı yeni sanksiyalar tətbiq olunduğunu elan etdi. Amerikanın sanksiya siyahısına İranın ballistik raketlərin sınağı proqramı ilə bağlı 11 hüquqi və fiziki şəxs düşmüşdür. Sanksiyalar bu hüquqi və fiziki şəxslərlə hər hansı maliyyə əməliyyatına qadağa qoyur, onların ABŞ-dakı əmlakı və aktivləri dondurulur. Özü də siyahıya düşənlər təkcə İran müəssisələri deyil. “Qara siyahı”da Çindən bir, BƏƏ-dən iki şirkət də yer alır.
Bununla belə, İranın nüvə proqramının məhdudlaşdırılmasına dair sazişin həyata keçirilməsi və Tehrana qarşı sanksiyaların ləğvi beynəlxalq münasibətlərdə mühüm addım kimi qiymətləndirilməlidir. Hər halda dünya çoxsaylı mürəkkəb problemlərin birindən qurtulmuşdur.

Allahverdi MEHDİYEV

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR