SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

LƏNKARANIN İCRA BAŞÇISI SAKİNLƏRƏ ÇAĞIRIŞ ETDİ

16-01-2016, 11:32 | Oxunub: 7 346 |

LƏNKARANIN İCRA BAŞÇISI SAKİNLƏRƏ ÇAĞIRIŞ ETDİ
Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov rayonun Sütəmurdov kəndində olub, sakinlərlə görüşüb və onların problemləri ilə maraqlanıb.

"EMTV.az" xəbər verir ki, görüşdə ŞİH-nin, hüquq-mühafizə orqanlarının, rayonun idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri ilə yanaşı 300 nəfərdən artıq ictimaiyyət nümayəndəsi iştirak edib.

Rayon İcra Hakimiyyətinin Sütəmurdov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ədalət Babayev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dinamik inkişaf kursu hesabına ölkənin hər yerində olduğu kimi Lənkəran rayonunda da genişmiqyaslı quruculuq-abadlıq işlərinin görülüb. O, mühüm əhəmiyyətli sosial layihələrin icrasının davam etdirildiyini, infrastrukturun yaxşılaşdığını qeyd edərək yaşadıqları Sütəmurdov kəndinin də bu inkişafdan bəhrələndiyini, kənddə bir sıra zəruri abadlıq işlərinin görüldüyünü deyib. Ə.Babayev vurğulayıb ki, məhsulların qiymətlərinin qalxmasını əsas gətirən bəzi şəxslərin törətdiyi qanunsuz hərəkətlərə Sütəmurdov kəndinin sakinləri də qəti etirazlarını bildiriblər. Bu hərəkətlərin heç bir əsası olmadığını deyən icra nümayəndəsi Sütəmurdov kəndinin sakinlərinin bu hərəkətləri qətiyyətlə pislədiyini və bunların qarşısının alınması istiqamətində görülən tədbirləri tamamilə müdafiə etdiklərini söyləyib.
Daha sonra Sütəmurdov kənd ağsaqqalı Ağabala Hüseynov, kənd məscidinin axundu Fəzail Sadıqov, kənd məktəbinin müəllimi Gülşən İbrahimova, kənd ambulatoriyasının baş həkimi İlqar Ağayev çıxış edərək ölkə başçısının həyata keçirdiyi islahatlar kursunu tamamilə dəstəklədiklərini və müdafiə etdiklərini bildiriblər. Onlar Azərbaycanın inkişafını gözügötürməyən qüvvələrin təhriki ilə qeyri-sabitliyi pozmağa göstərilən cəhdləri pisləyiblər.
Çıxış edənlər kənddə mövcud olan bəzi problemlərin həlli ilə bağlı təkliflər də irəli sürüblər.
Verilən təklifləri və fərdi müraciətləri dinləyərək onların həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlarını verən icra başçısı T.Qaraşov bildirib ki, 2015-ci il dünyada böhran ili kimi tarixə düşsə də, Azərbaycan iqtisadiyyatı üçün uğurlu il olub: "Bütün sahələrdə dinamik inkişaf davam edib. Dünyada baş verən iqtisadi böhrana baxmayaraq əhalinin həyat şəraitinin yaxşılaşmasında mühüm əhəmiyyəti olan heç bir sosial layihənin icrası dayanmayıb, əksinə daha da sürətlənib. Neftin qiymətinin dünya bazarında bir neçə dəfə ucuzlaşmasına baxmayaraq Azərbaycan iqtisadiyyatında yenə də artım əldə olunub".
T.Qaraşov əlavə edib ki, ölkə iqtisadiyyatında əldə olunan artımın regionlarda, o cümlədən Lənkəran şəhərinin və bütövlükdə rayonun sosial-iqtisadi inkişafının uğurla davam etməsində mühüm rolu olub: "Prezident İlham Əliyevin davamlı diqqəti və qayğısı ilə ötən il rayonda bir sıra investisiya layihələri həyata keçirilib. Belə ki, Mədəniyyət Mərkəzi, Xan sarayı əsaslı təmirdən sonra yenidən istifadəyə verilib, məktəb və uşaq bağçası tikilib, magistral yollar asfaltlanıb, sitrus meyvə bağları salınıb və yeni iş yerləri açılıb".
Prezident İlham Əliyevin Lənkərana səfərini ötən ilin ən əlamətdar hadisəsi kimi qiymətləndirən T.Qaraşov ümummilli lider Heydər Əliyevin siyasi kursunun daha uğurlu gələcəyə aparan yeganə düzgün yol olduğunu, Prezident İlham Əliyevin fəaliyyət istiqamətinin Azərbaycan xalqının nicat yolu olduğunu bildirərək bütün vətəndaşları bu siyasi kurs ətrafında sıx birləşərək Vətənə xidmət etməyə çağırıb.

LƏNKARANIN İCRA BAŞÇISI SAKİNLƏRƏ ÇAĞIRIŞ ETDİ

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR