SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

NAXÇIVANDA KƏND TƏSƏRRÜFATININ İNKİŞAFI BAŞLICA ŞƏRTDİR

13-01-2016, 13:26 | Oxunub: 16 503 |

NAXÇIVANDA KƏND TƏSƏRRÜFATININ İNKİŞAFI BAŞLICA ŞƏRTDİR

"EMTV.az"-a Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsindən mətbuat xidmətinin verdiyi məlumatda deyilir ki, əkinçiliyin inkişafı və bol məhsul istehsalı torpaqların su təminatından və meliorativ tədbirlərin vaxtlı-vaxtında aparılmasından çox asılıdır. Bu amil muxtar respublikada diqqət mərkəzində saxlanılır. 2015-ci ildə bu istiqamətdə görülən işlərin həcmi artmış, yeni torpaq sahələri əkin dövriyyəsinə qatılmış, hidrotexniki qurğuların sazlığı daim nəzarətdə saxlanılmışdır.

Ötən il muxtar respublikanın sututarlarına 230 milyon kubmetr su yığılmış, əkin sahələrinə nasos stansiyaları və çaylar daxil olmaqla, ümumilikdə, 210 milyon kubmetr su verilmiş, təkrar suvarma nəzərə alınmaqla 173 min 467 hektar torpaq sahəsi suvarılmışdır.
Melioratorlar əkin sahələrində şoranlaşma və bataqlaşmanın qarşısını almaq üçün də mütəmadi tədbirlər görmüşlər. Ötən il 22 kilometr istiqamətləndirici bənd salınmış, 162 kilometr magistral kanal, 496 kilometr ara arxları, 73 kilometr kollektor lildən təmizlənmiş, 24 kilometr təzyiqli boru xətti, 8 kilometrdən artıq kaptaj və drenaj sistemi təmir olunmuşdur. Suvarma şəbəkələrinin genişləndirilməsi də diqqət mərkəzində saxlanılmış, Aza çayından çəkilən 18 kilometrlik kanal vasitəsilə Ordubad rayonunun Dəstə kəndi suvarma suyu ilə təmin edilmişdir. Həmçinin ötən il Araz çayında 9 kilometr məsafədə daşla sahilbərkitmə işi aparılmışdır.

İstifadəyə yararsız torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi əsas irriqasiya tədbirlərindəndir. “Kənd təsərrüfatı ili”ndə bu sahədə həyata keçirilən tədbirlər daha geniş vüsət almışdır. Belə ki, Kəngərli rayonunun Xok kəndi ərazisində 200 hektar torpaq sahəsini əhatə edən qapalı suvarma şəbəkəsi bərpa edilmiş, Uzun­oba gölündən qoşa boru xətti çəkilmiş, yeni nasos stansiyası tikilmişdir. Bunun nəticəsində Kəngərli rayonunun Yeni Kərki, Xıncab, Təzəkənd və Böyükdüz kənd­ləri ərazisindəki 5800 hektar torpaq sahəsi əkin dövriyyəsinə qatılmışdır. Həmçinin ötən il Böyükdüz kəndi ərazisindəki 400 hektarlıq qapalı suvarma və kollektor-drenaj şəbəkəsi də bərpa olunmuşdur. Vayxır sol sahil kanalı üzərində isə Babək rayonunun Nehrəm kəndində 1170, Culfa rayonunun Bənəniyar kəndində 1050 hektar olmaqla, ümumilikdə, 2220 hektar sahəni əhatə edən 241,5 kilometrlik qapalı suvarma şəbəkəsi tikilmiş, 77,5 kilometr məsafədə yeni drenaj xətti çəkilmiş, 6,5 kilometrlik kollektor bərpa olunmuşdur.
Əkin sahələrinin və əhalinin suya olan tələbatının ödənilməsində mühüm rolu olan subartezian quyuları və kəhrizlərin istismarına da diqqət artırılmışdır. 2015-ci ildə 17 yeni subartezian quyusu qazılmış, 19 sub­­artezian quyusu bərpa edilmiş, 12 kəhriz isə təmir olunmuşdur. Hazırda 5 kəhrizdə təmir işləri davam etdirilir. Həmçinin 2015-ci ildə muxtar respublikada 38 kilometrdən artıq yeni içməli su xətti çəkilmişdir.
Muxtar respublikanın şəhər və rayon mərkəzlərində yeni içməli su və kanalizasiya sistemlərinin qurulması sahəsində mühüm tədbirlər həyata keçirilir. 2015-ci ildə Naxçıvan şəhərində su və kanalizasiya şəbəkəsinin tikintisi başa çatdırılmışdır. Hazırda rayon mərkəzlərində bu işlər davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin kollektivi 2016-cı ildə də qarşıya qoyulan vəzifələrin icrasını diqqətdə saxlayacaq, melioratorlar muxtar respublika iqtisadiyyatının inkişafına öz töhfələrini verəcəklər.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR