SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

NAXÇIVANDA “DONUZ QRİPİ” VİRUSU AŞKAR EDİLMƏDİ

12-01-2016, 11:35 | Oxunub: 4 462 |

NAXÇIVANDA “DONUZ QRİPİ” VİRUSU AŞKAR EDİLMƏDİ
Son günlər mətbuatda Naxçıvan Muxtar Respublikasında “donuz qripi”nin olması ilə bağlı yalnış və həqiqəti əks etdirməyən məlumatlar yayılıb.

"EMTV.az"-ın Naxçıvandakı mətbuat mərkəzindən verilən məlumata görə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi Təhlükəli İnfeksiyalarla Mübarizə və Sanitar Karantin Nəzarəti şöbəsi tərəfindən muxtar respublikanın sərhəd keçid məntəqələrində karantin tədbirlər görülür, digər ölkələrdən gələn şəxslər üzərində tibbi müşahidələr aparılır. Bu günə qədər muxtar respublikanın səhiyyə müəssisələrinə müraciət edən kəskin respirator infeksiyalı xəstələrdən götürülən laborator analizlərin nəticələrində “donuz qripi” (H1N1) virusu aşkar edilməyib.

Görülmüş tədbirlər nəticəsində muxtar respublikada epidemioloji durum tam stabildir.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR