SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

VASİF TALIBOVUN HƏYAT YOLDAŞININ SƏHHƏTİ PİSLƏŞİB

11-01-2016, 12:08 | Oxunub: 9 052 |

VASİF TALIBOVUN HƏYAT YOLDAŞININ SƏHHƏTİ PİSLƏŞİB
Sevil Talıbova vəziyyətinin ağır olması səbəbindən təcili Türkiyəyə aparılıb

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun həyat yoldaşı Sevil Talıbovanın vəziyyəti ağır olması ilə əlaqədar təcili Türkiyəyə aparılıb.

"EMTV.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin “Milliyet” qəzeti məlumat yayıb. Məlumatda qeyd edilir ki, Sevil Talıbovanın yerləşdirildiyi yerli xəstəxanada səhhəti daha da ağırlaşıb. Talıbovanın ailəsi Türkiyə Səhiyyə Nazirliyindən yardım istəyib. Türkiyədən gələn həkimlərin ilkin müdaxiləsindən sonra xəstə ECMO adlanan cihaza qoşulub. Həmin cihazdan ağciyərlər funksiyasını yerinə yetirməkdikdə və ya ürək fəaliyyəti dayandığı halda istifadə edilir. S.Talıbova helikopter ilə İbn Sina Xəstəxanasına götürülüb. Vasif Talıbov və uşaqları isə onların ardınca digər helikopterlə Ankaraya uçublar.

Ağciyərində problem yaranan 55 yaşlı diabet xəstəsi S.Talıbovanın hazırda səhhətinin yaxşılaşdığı qeyd edilir.

Qeyd edilir ki, S.Talıbova Türkiyəyə xaricdən ECMO cihazı ilə gətirilən ilk xəstə olub.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR