SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

ÇUĞUNDUR ŞİRƏSİNİN FAYDALARI

9-01-2016, 12:23 | Oxunub: 10 068 |

ÇUĞUNDUR ŞİRƏSİNİN FAYDALARI
Bu şirə orqanizm üçün energetik içki rolunu oynayır

Hər bir insan sağlamlığında yaranmış müəyyən problemlər də və eləcə də immunitetini artırmaq üçün dərmanlardan, vitaminlərdən istifadə edir. Unutmaq olmaz ki, dərmanlar bizə kömək etsədə sonradan onların bəzi fəsadları özünü göstərir. Xəstələnməmək, sağlam və güclü olmaq üçün ilk növbədə sağlam qida şərtdir. Bununla yanaşı orqanizm üçün faydalı olan qidalardan mütəmadi olaraq istifadə etmək lazımdır. Bunlardan biri və ən vacibi çuğundur şirəsidir.

"EMTV.az"
bu gün sizə çuğundur şirəsinin faydalarından söz açacaq.

Çuğundur şirəsi orqanizm üçün energetik içki rolunu oynayır. O, orqanizmin dözümlülüyünü 16% artırır. Buna görə də orqanizm uzun müddət aktiv qala bilir və böyük gərginliklərin öhdəsindən gəlir. Səbəbi isə onun tərkibində olan duzların orqanizmin oksigen sərfini azaltması və bununla da enerjini saxlamaq qabiliyyətidir. Alimlər hesab edirlər ki, bu cür effekti başqa heç bir vasitə ilə əldə etmək mümkün deyil. Bunu adi insanlardan başqa idmançılara da tövsiyə etmək olar. Bundan başqa, çuğundur şirəsi metobolik pozğunluqlardan, ürək-damar sistemi və tənəffüs üzvlərində dəyişikliklərdən əziyyət çəkənlərə faydalı təsir göstərir.

Çuğundur şirəsi qara ciyər üçün çox faydalıdır. Qara ciyəri yaxşı təmizləyir, fəaliyyətini yaxşılaşdırır, onun piylənməsinin qarşısını alır.

Bu şirə böyrəklər üçün də çox faydalıdır. Eyni zamanda artıq çəkisi olan insanlar da bu şirədən yararlana bilər. Çuğundur şirəsinin tərkibində olan maddələr yağların parçalanmasını sürətləndirir.

Çuğundur şirəsi arterial təzyiqin normada qalmasına kömək edir. Hətta alimlər təsdiq edirlər bu şirənin bir dəfə qəbul edilməsi artıq bir saatdan sonra qan təzyiqini endirir. 3-4 saatdan sonra onun təsiri ən yüksək həddə çatır və bu, 24 saat davam edir. Bu fakt hipertoniyadan əziyyət çəkən milyonlarla insan üçün çox faydalı ola bilər.

Çuğundur şirəsini bu cür hazırlamaq daha effektli hesab olunur.
50 qr təzə çuğundur şirəsi 50 qr balqabaq şirəsi ilə qarışdırılır, 1 çay qaşığı bal əlavə olunur və hər səhər acqarına qida qəbulundan 20 dəqiqə əvvəl içilir.
Çuğundur şirəsinin daim qəbulu damarların vəziyyətinə çox yaxşı təsir edir.O, damarları təmizləyir, elastikliyini artırır, varikoz xəstəliyi zamanı çox faydalıdır.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR