SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

NAXÇIVANDA İDMAN FEDERASİYALARI İLLİK HESABAT VERİBLƏR

7-01-2016, 17:55 | Oxunub: 15 434 |

NAXÇIVANDA İDMAN FEDERASİYALARI İLLİK HESABAT VERİBLƏR
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən idman federasiyaları 2015-ci ilin yekunlarına dair iclaslar keçiriblər. Hesabat xarakteri daşıyan iclaslarda il ərzində görülən işlər, keçirilən tədbirlər, həmçinin növbəti ildə qarşıya qoyulan məqsəd və vəzifələr müzakirə olunub.

"EMTV.az"-a verilən məlumata görə Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının nəzdində yunan-Roma güləşi, sərbəst güləş, sambo və cüdo bölmələri fəaliyyət göstərir. Geridə qoyduğumuz ilin yekun iclasında federasiyanın sədr müavini Faiq İsgəndərov diqqətə çatdırıb ki, bu müddət ərzində 38 idman tədbiri təşkil edilib. Bu yarışlarda 500-dən çox idmançı mübarizə aparıb və məqsəd milli idman növünü muxtar respublikada təbliğ etmək, gənc­lər arasında kütləvi hala gətirmək olub.

2015-ci ili Boks Federasiyası üçün də önəmli il hesab etmək olar. Yekun iclasındakı çıxışında federasiyanın sədr müavini Məmmədcəfər Əliyev boksçularımızın ötən il 23 müxtəlif idman yarışlarında çıxış etdiyini deyib. Bildirib ki, bunlardan dördü Azərbaycan birinciliyi, ikisi beynəlxalq turnir, biri “Bakı – 2015” Avropa Oyunları, biri dünya, biri Avropa birinciliyi, ikisi muxtar respublika birinciliyi, biri muxtar respublika turniri, beşi açıq birincilik, altısı yoldaşlıq görüşü olub. İl ərzində idmançılarımız 12 medal əldə ediblər ki, bunların da 4-ü qızıl, 3-ü gümüş, 5-i isə bürüncdür.

Şərq Döyüşü Sənəti Federasiyasının sədr müavini Cavanşir Salayev yekun iclasında bildirib ki, 2015-ci ildə federasiya 16 idman tədbiri təşkil edib. Geridə qoyduğumuz il həmin federasiyanın idmançıları üçün də uğurlu olub. Belə ki, idmançılarımız dünya və Avropa çempionatlarında, həmçinin beynəlxalq arenalarda medallar qazanıblar. Bunun nəticəsidir ki, federasiyanın yetirməsi İlkin Səfərov ölkə Prezidentinin fəxri diplomu ilə təltif olunub. Eyni zamanda Xəyal Abdullayev ilin idmançısı seçilib.
Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının yekun iclasında çıxış edən federasiyanın sədr müavini Hafiz Əliyev bildirib ki, geridə qoyduğumuz ildə federasiya futbol üzrə muxtar respublika çempionatı ilə yanaşı, ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə turnir təşkil edib. Həmçinin uşaq futbolunun inkişafı yönündə də bir sıra addımlar atılıb, zona birinciliyi keçirilib.
Voleybol Federasiyasının sədr müavini Aydın Mirzəyev yekun iclasdakı çıxışında diqqətə çatdırıb ki, il ərzində federasiya 10 idman tədbiri keçirib. Bunlar arasında xüsusilə muxtar respublika birinciliyi və ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev Kuboku” turniri böyük əhəmiyyət daşıyır.
Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının yetirmələri il ərzində 18 idman tədbirində iştirak ediblər. Bu barədə federasiyanın sədr müavini Emin Hacıyev yekun iclasında məlumat verib. Diqqətə çatdırılıb ki, zəka sahiblərimiz 7 dəfə ölkədaxili turnirlərdə, 5 dəfə beynəlxalq arenalarda muxtar respublikanı təmsil ediblər. Naxçıvanda keçirilən yarış və turnirlərdə isə 400-dən çox şahmatçı mübarizə aparıb.
Naxçıvan Muхtаr Rеspublikаsındа fiziki imkanları məhdud insаnlаrın cəmiyyətə intеqrаsiyаsı, sаğlаmlıqlаrının bərpası sаhəsində ardıcıl və məqsədyönlü tədbirlər 2015-ci ildə də həyаtа kеçirilib, onlar arasında idmаnın kütləviliyinə nail olunmasına çalışılıb. Bu müddət ərzində Paralimpiya Federasiyası 6 idman tədbiri keçirib və Azərbaycan Milli Paralimpiya Komitəsinin qolbol idman növü üzrə komandasının baş məşqçisi muxtar respublikaya dəvət olunub. Bu fikirləri federasiyanın sədr müavini Fuad Səfərov yekun iclasında dilə gətirib.
Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının yekun iclasında çıxış edən federasiyanın sədri Mahir Əliyev qeyd edib ki, 2015-ci il təmsil etdikləri qurum üçün əlamətdar hadisələrlə yadda qalıb. Belə ki, ilk dəfə olaraq kişilər arasında basketbol üzrə muxtar respublika çempionatı keçirilib. Ümumilikdə isə il ərzində federasiya tərəfindən 68 idman tədbiri reallaşdırılıb ki, bu yarış və turnirlərdə 1000-dən çox idmançı çıxış edib.
Yüngül Atletika Federasiyasının yekun iclasında qeyd edilib ki, ötən il federasiya, ümumilikdə, 35 yarış keçirib. Bu yarışlarda 3361 uşaq, yeniyetmə, gənc qız və oğlan atlet qüvvəsini sınayıb. Hazırda federasiyanın tərkibində 18 yaşadək 203 qız, 18 yaşdan yuxarı 59 qız, 28 yaşadək 262 oğlan və 18 yaşdan yuxarı 140 oğlan bu idman növü ilə məşğul olur. Keçirilən bu tədbirlər barədə federasiyanın sədr müavini İntiqam Əliyev məlumat verib.
Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının sədr müavini Nəriman Quliyevin sözlərinə görə, geridə qoyduğumuz ildə federasiyanın bəzi yetirmələri dünya çempionu adını qazanmaqla yanaşı, həm də ölkə birinciliklərində uğurla çıxış ediblər. Muxtar respublikada isə 6 idman tədbiri keçirilib ki, bu yarışlarda 500-ə yaxın idmançı mübarizə aparıb.
Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri və Atıcılıq federasiyaları digər federasiyalar kimi, yekun iclaslarında federasiyanın il ərzində gördüyü işlərlə bərabər, 2016-cı il üçün tədbirlər planlarını da müzakirə ediblər.


informasiya şöbəsi

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR