SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

İRANDAN HEROİN GƏTİRƏN ŞƏXS TUTULDU

7-01-2016, 16:30 | Oxunub: 9 340 |

İRANDAN HEROİN GƏTİRƏN ŞƏXS TUTULDU
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir
İrandan Azərbaycana daxili orqanlarında küllü miqdarda narkotik vasitə olan heroin keçirən şəxs tutulub.


"EMTV.az" xəbər verir ki, Astara Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının rayon ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, rayonun Şahağacı kənd sakini 33 yaşlı Ramil Ağaddin oğlu Qurbanov saxlanılıb. Astara RPŞ-dən bildirilib ki, R.Qurbanov heroini İrandan Azərbaycana öz daxili orqanında keçirib:
"Astara RPŞ-nin əməkdaşları əməliyyat məlumatı əsasında Ramil Ağaddin oğlu Qurbanovu şübhəli şəxs qismində saxlanyıb. O, xəstəxanaya aparılıb və həkim nəzarəti ilə daxili orqanından yeddi bükümdə, ümumi çəkisi 50 qram olan heroin aşkar olunaraq maddi sübut kimi götürülüb. İstintaq zamanı məlum olub ki, R.Qurbanov narkotik vasitəni öz daxili orqanında gömrük nəzarətindən gizli, yəni qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycana keçirib. R.Qurbanov istintaqa narkotik vasitəni İran vətəndaşı Hüseyn adlı şəxsdən aldığını deyib".

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR