SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

SƏUDİYYƏ ƏRƏBİSTANI İRAN SƏFİRLİYİNİ RAKETLƏ VURDU

7-01-2016, 15:45 | Oxunub: 1302 |

SƏUDİYYƏ ƏRƏBİSTANI İRAN SƏFİRLİYİNİ RAKETLƏ VURDU
İran hökuməti Səudiyyə Ərəbistanını Yəmənin paytaxtı Sana şəhərindəki İran səfirliyinin binasını bombalamaqda ittiham edib.

"EMTV.az" xəbər verir ki, İranın rəsmi xəbər kanalı İRİB-ə istinadən məlumat yayıb. Hadisənin bu gün baş verdiyi bildirilir.

Səudiyyə aviasiyasının zərbələri nəticəsində İran səfirliyinin mühafizə xidmətinin bir neçə əməkdaşı yaralanıb. “Səudiyyə Ərəbistanı səfirlik binasına vurulan zərərə və bir neçə əməkdaşın xəsarət almasına görə məsuliyyət daşıyır”, - deyə İran XİN-in rəsmi nümayəndəsi Hüseyn Baber Ənsari bildirib.

Bu gün Yəməndə həyata keçirilən bombardmanı yerli sakinlər 9 aydır davam edən münaqişədə ən güclü bombardman kimi qiymətləndiriblər.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR