SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

RƏSSAMLAR İTTİFAQINDA “RƏSMLƏRİN POEZİYASI” ADLI SƏRGİ AÇILACAQ

7-01-2016, 12:43 | Oxunub: 2 205 |

RƏSSAMLAR İTTİFAQINDA “RƏSMLƏRİN POEZİYASI” ADLI SƏRGİ AÇILACAQ
Yanvarın 12-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda tanınmış rəssam Qafar Sarvəllinin “Rəsmlərin poeziyası” adlı fərdi sərgisi açılacaq.

Sərgi Mədəniyyət və Turizm Nazirliyi və Rəssamlar İttifaqının təşkilatçılığı ilə reallaşacaq.

"EMTV.az" xəbər verir ki, bu barədə məlumat verən Qafar Sarvəlli bildirib ki, sərgidə nümayiş olunacaq 60-dək sənət əsəri rəngkarlıq, qrafika, plakat və foto janrlarını əhatə edir. Sənət əsərlərinin əsas mövzusunu təbiət mənzərələri, vətənpərvərlik, xeyirxahlıq və tematik mövzular təşkil edir. Həmçinin, emosional hissələrin rənglərlə ifadəsi də əsərlərin əsas mövzularındandır.

Qeyd edək ki, fırça ustasının sayca dördüncü olan fərdi sərgisi bir həftə davam edəcək.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR