SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

GƏNCƏDƏ SAHİBKARLARA YENİ TEXNİKALAR TƏQDİM OLUNDU

30-12-2015, 16:05 | Oxunub: 14 299 |

GƏNCƏDƏ SAHİBKARLARA YENİ TEXNİKALAR TƏQDİM OLUNDU
Dekabrın 30-da Gəncə şəhərində “Aqrolizinq” ASC-dən lizinq yolu ilə alınan 75 traktorun, 1 kombayn və 15 müxtəlif kənd təsərrüfatı texnikasının, o cümlədən Gəncə Avtomobil Zavodunun istehsalı olan 63 “Belarus” tipli “MTZ” markalı traktorun, 12 “New Holland” markalı Avropa istehsalı olan traktorun, “New Holland” markalı taxılyığan kombaynın və digər müxtəlif kənd təsərrüfatı texnikalarının təqdimat mərasimi keçirilib.

"EMTV.az" xəbər verir ki, tədbirdə respublikanın bütün regionlarından olan 66 hüquqi və fiziki şəxsə lizinqə verilən kənd təsərrüfatı texnikaları “bir pəncərə” prinsipi əsasında “Aqrolizinq” ASC-nin aidiyyəti struktur bölmələrinin və Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin əməkdaşlarının iştirakı ilə dövlət qeydiyyatına alınaraq texniki sənədlərlə birlikdə sahibkarlara təqdim edilib.

Lizinqə verilən yeni traktorlar və kənd təsərrüfatı texnikaları növbədənkənar olaraq Qarabağ müharibəsi veteranlarına və 3 şəhid ailələrinə təqdim olunub.

Daha sonra Gəncə şəhəri, Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz rayonları üzrə 38 istifadəçiyə lizinqə verilmiş, ümumilikdə, 1.225.543 manat məbləğində 89 müxtəlif kənd təsərrüfatı texnikasına 434.006 manat məbləğində güzəşt tətbiq edilib. Xüsusi Komissiyanın qərarına əsasən, tətbiq olunmuş güzəşt əsasında istifadəçilərlə yeni lizinq müqavilələrinin bağlanılması, o cümlədən güzəşt tətbiq edildikdən sonra 50 müxtəlif kənd təsərrüfatı texnikasının istifadəçilərin mülkiyyətinə verilməsi və onların Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınması həyata keçirilib. Eyni zamanda, “Aqrolizinq” ASC-dən lizinq yolu ilə əldə etdiyi kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20 faizini ödəmiş istifadəçilərə də güzəşt məqsədilə elektron ərizə verilməsi üçün xidmət göstərilib.

Ümumilikdə, Xüsusi Komissiyanın keçirdiyi səyyar iclaslarda respublikanın 27 rayonunu əhatə etməklə, 472 istifadəçiyə lizinqə verilmiş 976 müxtəlif kənd təsərrüfatı texnikasına 6.128.535,06 manat məbləğində güzəşt tətbiq olunub. Həmçinin istifadəçilərlə yeni lizinq müqavilələrinin bağlanılması, o cümlədən güzəşt tətbiq edildikdən sonra 313 müxtəlif kənd təsərrüfatı texnikasının istifadəçilərin mülkiyyətə verilməsi təmin edilib.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR