11:35 - Britaniyanın sərnişin təyyarəsi səsin sürətini aşdı
11:31 - Bakıda gənc doğum günündə adam vurdu: vəziyyəti ağırdır
11:29 - "Qarabağ" "Sabah"la oyuna itkiylə hazırlaşır
11:26 - Bakıda vəzifəli şəxsin ailəsində faciə - Əvvəl qardaşı, sonra anası öldü
11:20 - Abituriyentlərin nəzərinə: imtahanların vaxtı dəyişdi
11:17 - Türkiyədə dərslər dayandırıldı - Zəlzələyə görə
11:14 - Azərbaycan Həştərxanda meyvə-tərəvəz qovşağı yaradacaq
11:11 - Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
11:09 - Elşad İskəndərovun Türkiyə girişinə qadağa qoyulub? - XİN-dən rəsmi açıqlama
11:05 - "O tapşırığı mən vermişəm" - Trampdan İŞİD üzvünün arvadı ilə bağlı AÇIQLAMA
11:01 - Efirlərə çıxmayan məşhur azərbaycanlı müğənni METRODA GÖRÜNDÜ - FOTO
10:55 - Bakıda evdə partlayış: bir ailənin 4 üzvü yandı, 1 yaşlı uşaq öldü - YENİLƏNİB
10:12 - Nazirlik cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı
10:09 - Şəhərə çıxan "ruhi xəstə" 11 nəfəri bıçaqladı
17:43 - Uğursuz nəticə göstərən məşqçiyə 3,3 milyon dollar təzminat ödədilər
DONOR QANINA OLAN EHTİYAC TAM ÖDƏNİLİR
"EMTV.az" xəbər verir ki, Azərbaycanda hazırda tibb müəssisələrinin və xəstələrin “təhlükəsiz” donor qanına və onun komponentlərinə olan ehtiyacı tam ödənilir. Səhiyyə Nazirliyindən mətbuata verilən məlumata görə, bunu nazirliyin Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov nazirliyin kollegiya iclasında çıxış edərkən deyib.
G.Poladov bildirib ki, əhalinin donorluğa cəlb edilməsi işinin aktivləşdirilməsi nəticəsində tədarük olunan qan və onun komponentlərinin miqdarı ilbəil artırılır. Belə ki, 2010-cu ildə 19,5 ton qan tədarük edilmişdisə, 2015-ci ildə bu rəqəm 33 tondan çox olub.
Şöbə müdiri bildirib ki, son 10 ildə talassemiyadan ölüm göstəricisi 5 dəfə azalıb. Hazırda 2500-dən artıq xəstə Respublika Talassemiya Mərkəzində daimi müalicə alır. Hazırda respublikada 1480 hemofiliyalı xəstə qeydiyyatdadır.
O, qeyd edib ki, belə xəstələrə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, davamlı faktor preparatları ilə təmin olunması nəticəsində onların həyat keyfiyyətinin yaxşılaşmasına və bu xəstəlikdən ölüm hallarının azaldılmasına nail olunub.