SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

ORDUBADDA KEÇİRİLƏN HUMANİTAR AKSİYA BAŞA ÇATDI

26-12-2015, 12:06 | Oxunub: 3 823 |

ORDUBADDA KEÇİRİLƏN HUMANİTAR AKSİYA BAŞA ÇATDI
Bakı şəhərində fəaliyyət göstərən Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının 24 nəfərdən ibarət həkim briqadasının 3 gün ərzində Ordubad Rayon Mərkəzi Xəstəxanasında həyata keçirdiyi humanitar aksiya başa çatıb.

"EMTV.az" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aksiya çərçivəsində oftalmoloq Rasim Orucov, travmatoloq Cavid Musazadə, cərrahlar Sahib Hüseynov, Toğrul Məhərrəmov və başqalarının iştirakı ilə 2 min 520 pasiyent profilaktik tibbi müayinədən keçirilib. Cərrahi müdaxiləyə ehtiyacı olan 72 xəstə üzərində LOR, göz və ümumi cərrahi əməliyyatlar aparılıb.

Pasiyentlər, həmçinin hematoloji, uroloji, nefroloji, proktoloji, oftalmoloji və digər tibbi xidmətlərlə əhatə olunublar. Ordubad Rayon Mərkəzi Xəstəxanasının tibbi heyəti də aksiyada fəal iştirak edib

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR