SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

NAXÇIVANDA SOSİAL YARDIM KEÇİRİLDİ

25-12-2015, 10:14 | Oxunub: 13 082 |

NAXÇIVANDA SOSİAL YARDIM KEÇİRİLDİ
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun rahatlığı və sağlamlığı dayanır”.

"EMTV.az" xəbər verir ki, Dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə insanların rahat yaşayışının təmin olunması sahəsində kompleks tədbirlər həyata keçirilir. Bu sahədə görülən işlər muxtar respublikada da davamlı xarakter alıb. Son illər sosial qayğıya ehtiyacı olan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlara nəqliyyat vasitələrinin verilməsi isə həyata keçirilən sosial tədbirlər içərisində xüsusi yer tutur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, dekabrın 24-də Naxçıvan şəhərində 4 şəhid ailəsinə və 2 sağlamlıq imkanları məhdud Azərbaycan Vətən Müharibəsi iştirakçısına mənzil, Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 2 nəfərə və 4 Azərbaycan Vətən Müharibəsi veteranına “NAZ Lifan-320” markalı minik avtomobili təqdim edilib.

Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov çıxış edərək deyib ki, muxtar respublikada xüsusi qayğıya ehtiyacı olan insanların həyat şəraitinin yaxşılaşdırılması və tibbi reabilitasiyası diqqət mərkəzində saxlanılır. 2015-ci ildə 349 sağlamlıq imkanları məhdud şəxs protez-ortopedik xidmət və 390 nəfər texniki bərpa vasitələri ilə təmin olunub. İl ərzində 189 nəfər müxtəlif sanatoriya və pansionatlara, 18 nəfər xarici ölkələrə müalicəyə göndərilib, 657 nəfər Əlillərin Bərpa Mərkəzində müalicə olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: Bu gün Azərbaycan dövləti sağlamlıq imkanları məhdud şəxslərə, torpaqlarımızın müdafiəsi zamanı sağlamlığını itirmiş insanlara, şəhid ailələrinə hərtərəfli qayğı göstərir. Bu kateqoriyadan olan insanların mənzil və avtomobillə təmin olunması da bu sahədə həyata keçirilən tədbirlərin davamıdır.

Ali Məclisin Sədri yeni mənzil və avtomobillə təmin olunanları təbrik edərək deyib: Ölkəmizdə bu işlər ona görə həyata keçirilir ki, Azərbaycanda sabitlik vardır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan inkişaf yolu ölkə Prezidenti tərəfindən uğurla davam etdirilir. Hər bir kəsin əməyi və xidməti dövlətimiz tərəfindən layiqincə qiymətləndirilir. Bu gün yeni mənzil və avtomobillərin təqdim olunması da dövlətimizin vətəndaşlarına göstərdiyi qayğının və ölkəmizdə mövcud olan ədalətin təntənəsidir.

Ali Məclisin Sədri deyib: Ölkəmiz inkişaf etdikcə sosial qayğıya ehtiyacı olan insanlara verilən müavinətlərin miqdarı da artırılır. İstər Sovetlər Birliyi dövründə Böyük Vətən Müharibəsində və Çernobıl hadisələrinin nəticələrinin aradan qaldırılmasında iştirak edən şəxslər, istərsə də Azərbaycan Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri daim diqqətdə saxlanılır, onların rahat yaşayışı və sağlamlıqlarının bərpası üçün dövlətimiz tərəfindən lazımi tədbirlər görülür. Hər il muxtar respublikada sosial qayğıya ehtiyacı olan vətəndaşlara yeni mənzil və avtomobillər təqdim olunur. Bu il də müvafiq kateqoriyadan olan 16 muxtar respublika sakininə avtomobil, 10 nəfərə isə mənzil verilmişdir. Bu işlər 2016-cı ildə də davam etdiriləcəkdir.

Ali Məclisin Sədri mənzil və avtomobillə təmin olunanlara xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə, ölkəmiz və xalqımız üçün layiqli övlad böyütdüklərinə görə təşəkkür edib, onları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibətilə təbrik edib, yeni mənzillərində rahat həyat arzulayıb.

Sonra Ali Məclisin Sədri mənzillərin orderlərini və avtomobillərin açarlarını təqdim edib.

Şəhid anası Gülsüm Quliyeva minnətdarlıq edərək deyib ki, bu gün Azərbaycanda Vətən, xalq qarşısında xidməti olan şəxslərə hərtərəfli qayğı göstərilir. Mənim övladımın da vətən qarşısındakı xidmətləri yüksək qiymətləndirildi, ailəmiz yeni mənzillə təmin olundu. Fəxr edirəm ki, övladım müstəqil Azərbaycan dövlətinin müdafiəsi uğrunda şəhid olub.

Tədbir iştirakçıları doğum günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təbriklərini çatdırıb, göstərilən qayğıya görə minnətdarlıq ediblər.

Yeni mənzillə təmin olunanlara xalça hədiyyə olunub.
NAXÇIVANDA SOSİAL YARDIM KEÇİRİLDİNAXÇIVANDA SOSİAL YARDIM KEÇİRİLDİ

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR