SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Oruc tutmaq qadağan olunub

19-06-2015, 15:41 | Oxunub: 993 |

Oruc tutmaq qadağan olunub
Çində təzyiqlər altında yaşayan uyğurlar Ramazan qadağası ilə üzləşiblər.
"EMTV.az" anspress-ə istinadən xəbər verir ki, Çin keçən il olduğu kimi bu il də Sinzyan Uyğur Muxtar Vilayətindəki dövlət işçilərinə oruc tutmağı qadağan edib.
Çin rəhbərliyinin yaydığı xəbərdə bildirilir ki, Şərqi Türkistan olaraq bilinən Sinzyan Uyğur bölgəsində dövlət qulluqçuların, tələbələrin və müəllimlərin oruc tutması qadağan edilir.
Həmçinin, uyğurlara məxsus restoranların oruc saatları müddətində açıq olmasına məcburiyyət qoyuldu. Dünya Uyğur Konqresi nümayəndəsi Dilşat Raşit Çin hökümətinin müsəlmanların işlətdiyi restoran və mağazalarda siqaret və spirtli içkilərin satışının davam etdirilməsinin tələb olunduğunu bildirdi.
Baş verənlərdən məyus olan Konqresin digər üzvü olan Seyid Türkmən Çinə qarğış edib: "İnşallah Çin höküməti beynəlxalq arenada sıxışdırılar və Ramazanda oruc qadağası ləğv olunar".

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR