SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

İLHAM ƏLİYEV VƏ XANIMI YENİ YAŞAYIŞ BİNASININ AÇILIŞINDA

24-12-2015, 12:35 | Oxunub: 3 591 |

İLHAM ƏLİYEV VƏ XANIMI YENİ YAŞAYIŞ BİNASININ AÇILIŞINDA
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 24-də Bakıda gözdən əlil insanlar üçün inşa olunmuş yeni yaşayış binasının açılışında iştirak ediblər.

"EMTV.az" xəbər verir ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov dövlət başçısına binada yaradılmış şərait barədə məlumat verib. Qeyd edilib ki, 12 mərtəbəli binada 132 mənzil var. Mənzillərdə yaşayış üçün hər cür şərait yaradılıb.

Prezident İlham Əliyev binanın bir qrup sakini ilə görüşüb.

Sonra dövlətimizin başçısı mənzillərin orderlərini sakinlərə təqdim etdi, xatirə şəkli çəkdirilib.

Dövlət başçısı və xanımı mənzillərdə yaradılan şəraitlə tanış olublar.

Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 8 nömrəli tibbi-sosial ekspert komissiyasının və nazirliyin Nərimanov rayon əhalinin sosial müdafiəsi mərkəzinin binasının açılışında da iştirak ediblər.

Dövlət başçısı rəmzi açılışı bildirən lenti kəsib.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva burada yaradılan şəraitlə tanış olublar.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR