SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

AVTOVAĞZAL BİLET SATIŞINI DAYANDIRDI

23-12-2015, 10:31 | Oxunub: 8 906 |

AVTOVAĞZAL BİLET SATIŞINI DAYANDIRDI
Bakı Beynəlxalq Avtovağzal Kompleksində bilet satışında problem yaranıb. Bu gün səhər saat 11:00-dan vətəndaşlara bilet satılmır.

"EMTV.az" xəbər verir ki,Bu barədə mətbuata bilet almaq istəyən vətəndaşlar məlumat veriblər.

Dekabr ayının 30-da Şəkiyə getmək üçün bilet almaq istəyən İslam Salmanov deyir ki, kassalar bilet satmaqdan imtina edir: “Şəkiyə getmək üçün əvvəlcədən bilet almaq istəyirəm. Ancaq kassalarda əyləşən işçilər bilet satılmadığını, bunan səbəb kimi isə kompüterin sistem proqramlarında problem olduğunu bildirirlər. Hazırda bütün rayonlara bilet satışı dayandırılıb. Onlarla insan isə bilet almaq üçün növbə gözləyir. Ancaq avtovağzal əməkdaşları bilet olmayacağını və buna görə də ərazini tərk etməyimizi istəyirlər”.

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətindən bu fakt təsdiqlənib. Qurumun mətbuat əlaqələndiricisi Məhəmməd Abdullayevin sözlərinə görə, buna səbəb sistemdə yaranan nasazlıqdır:

“Qabaqcadan bilet satışı biraz çətin prosesdir. Ona görə çalışmaq lazımdır ki, satılan biletlər üst-üstə düşməsin və əlavə problemlər yaranmasın. Bunun üçün sistemdə yeniləmə işləri aparılır. Bu səbəbdən də bilet satışı dayanıb. Bu gün bilet satışı olmayacaq. Ona görə də vətəndaşlara evə getmələrini elan etdik. Problem aradan qalxan kimi satış yenidən bərpə ediləcək”.

Qeyd edək ki, hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksinin saytı işləmir və vətəndaşlar onlayn yolla da bilet ala bilmirlər.

Xatıladaq ki, Yeni il və Həmrəylik günü münasibəti ilə 5 gün qeyri-iş günü olacaq. Bayram günləri ilə bağlı olaraq avtovağzalda xəttə çıxarılan avtobusların sayı artırılacaq. M.Abdullayev bildirib ki, nəqliyyat vasitələri yetərli olacaq və heç bir problem yaşanmayacaq.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR