SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

İLHAM ƏLİYEVƏ AD GÜNÜ TƏBRİKLƏRİ

22-12-2015, 18:42 | Oxunub: 19 578 |

İLHAM ƏLİYEVƏ AD GÜNÜ TƏBRİKLƏRİ
Çin Xalq Respublikasının Sədri, Özbəkistan, Belarus, Türkmənistan prezidentləri Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik ediblər.

Mətbuatın məlumatına görə, Çin Xalq Respublikasının Sədri Si Cinpin təbrikində deyilir:

"Hörmətli cənab Prezident, Ad gününüz münasibətilə Sizə ən səmimi və xoş arzularımı bildirirəm. Bu yaxınlarda Çinə çox uğurlu dövlət səfəri etdiniz. Çin və Azərbaycan arasında ikitərəfli münasibətlər, birgə maraq doğuran beynəlxalq və regional problemlər barədə Sizinlə geniş fikir mübadiləsi apararaq, mühüm ümumi nəticələrə gələ bildik. Əminəm ki, birgə səylərimiz nəticəsində ölkələrimiz arasında münasibətlər daha yüksək səviyyəyə qalxacaq, xalqlarımızın rifahına xidmət göstərəcək. Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm".

Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik edib:

"Hörmətli İlham Heydər oğlu, Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin. Sizin bilavasitə rəhbərliyiniz ilə Azərbaycanın ictimai-siyasi və iqtisadi həyatının bütün sahələrində baş verən genişmiqyaslı dəyişikliklər ölkənin dövlət müstəqilliyinin və beynəlxalq aləmdə nüfuzunun ardıcıl surətdə möhkəmlənməsini təmin edir. Əminəm ki, ənənəvi dostluq, qarşılıqlı etimad və bir-birinin mənafelərinin nəzərə alınması prinsiplərinə əsaslanan çoxplanlı Özbəkistan-Azərbaycan münasibətləri dost ölkələrimizin və xalqlarımızın mənafeyi naminə bundan sonra da uğurla inkişaf edəcək. Hörmətli İlham Heydər oğlu, icazə verin, bu xoş fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, ailə səadəti və ali dövləti fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına sülh və firavanlıq arzu edim".

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik edib:

"Hörmətli İlham Heydər oğlu, Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Belarus ilə Azərbaycanın əməkdaşlığı xalqlarımız arasında tarixən yaranmış dostluq münasibətləri, hər iki dövlətin strateji tərəfdaşlığının dərinləşdirilməsinə yönəlmiş fəal və səmərəli səylər ilə səciyyəvidir. Bu, Sizin Belarus Respublikasına rəsmi səfəriniz zamanı bir daha təsdiq olundu. Belarusun və Azərbaycanın iqtisadi potensialının möhkəmlənməsinə, ölkələrimizin vətəndaşlarının rifahının yüksəldilməsinə yönəlmiş bütün razılaşmaların reallaşacağına əmin olduğumu bildirirəm. Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoş günlər, səadət və suveren Azərbaycanın firavanlığı naminə yeni zəfərlər diləyirəm".

Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik edib:

"Hörmətli İlham Heydər oğlu, Doğum gününüz münasibətilə Sizə Türkmənistan xalqı və hökuməti adından, şəxsən öz adımdan səmimi təbriklərimi çatdırmağı özümə şərəf sayıram. Sizə səmimi qəlbdən möhkəm cansağlığı, bol həyat enerjisi, şəxsi həyatınızda xoşbəxtlik, dost Azərbaycan xalqının rifahı naminə bütün təşəbbüslərinizdə və səylərinizdə yeni uğurlar arzulayıram".

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR