SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Bakını bürüyən qaz qoxusu ilə bağlı rəsmi açıqlama

22-12-2015, 17:30 | Oxunub: 8 338 |

Bakını bürüyən qaz qoxusu ilə bağlı rəsmi açıqlama
“Bu gün səhər saatlarından Bakının mərkəzində başlayan qaz qoxusu Bakı şəhərinin Xətai və Səbael rayonunun bir ərazisini əhatə edib”.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Paytaxta müşahidə edilən qaz qoxusu hadisəsi metroloji şəraitlə bağlı olub. Bakı şəhərinin digər yerlərində Nazirliyin 9 müşahidə məntəqəsi var. Onların heç birində çirklənmə, yaxud şəhərin qaz qoxusu ilə dolması qeydə alınmayıb. Sadecə olaraq 3 gün ərzində zəif küləklər dəyişkən istiqamətdə küləklər olub. Nəticədə tullantı mənbələrinin səpələnməsinə imkan yaranmayıb.

Qeyd edilib ki, hadisə zamanı nisbi rütubət çox yüksək olub: "Gecə temperaturu aşağı, gündüz rütubəti isə isti olduğundan hava şəraiti səhər saatlarında qaz iyi ilə müşahidə olunub. Bizim 3 dəfə apardığımız nümunələrdə hər-hansı zərərli qazın artımı qeydə alınmayıb. Sadəcə vəziyyət qaz iyi ilə müşahidə olunub. Bu gün axşama qədər şimal küləyi güclənəcək və 1 saat yarım əzində həmin qoxudan əlamət qalmayacaq."

"Hava temperaturunun qalxması nəticəsində qaz oynaqlığı yaranıb. Səhər saatlarında bu iy hiss olunurdu, hazırda qaz qoxusu hiss olunmur. Əsasən nəfəs borusunda problemi olanlar, astma xəstəliyi olan insanlarda bu hadisə problem yarada bilər. Lakin bu, o demək deyil ki, qoxunun tərkibində hansısa zərərli qaz qarışığının miqdarı çoxdur. Sadəcə hadisə qoxu ilə müşaiyət olunub", – Nazirlikdən bildirilib.

Xatırladaq ki, bu gün səhər saatlarından başlayaraq Bakının mərkəzində qaz qoxusu hiss olunmağa başlayıb.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR