21 dek 12:07Oxunub: 516 |

XALÇA MUZEYİNDƏ KEÇİRİLƏN XEYRİYYƏ AKSİYASI BAŞA ÇATIB

XALÇA MUZEYİNDƏ KEÇİRİLƏN XEYRİYYƏ AKSİYASI BAŞA ÇATIB
Azərbaycan Xalça Muzeyində keçirilən “Xeyr deməyin, xeyir eləyin” xeyriyyə aksiyası başa çatıb.

Muzeyin mətbuat xidmətindən mətbuata bildirilib ki, üç gün ərzində “Sehrli aləm” Cəmiyyətinin üzvü, rəssam dizayner, moldovalı, əslən Qaqauz türkü olan Kirçu Yekaterina tərəfindən hazırlanmış “Yeni il aksesuarları”ndan ibarət satış-sərgi həyata keçirilib. Xeyriyyə aksiyasından əldə olunan 1324 manat vəsait Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının hesabına köçürülüb.

Assosiasiyanın prezidenti Gülnarə Hüseynova yaradılan şəraitə görə Azərbaycan Xalça Muzeyinin direktoru Röya Tağıyevaya, muzeyin tərkibində olan “Uşaq Muzeyi” şöbəsinin rəhbəri Azər Abdullayevə və “Sehrli aləm” Cəmiyyətinin üzvü Kirçu Yekaterinaya təşəkkürünü bildirib.

Aksiya çərçivəsində keçirilən tədbirdə hemofiliyalı uşaqların iştirakından ibarət konsert proqramı da təqdim olunub, uşaqlar və onların valideynlərinin ifasında birlik rəmzi olan “Hemofiliya himni” səsləndirilib.
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
Faiq ƏHMƏDOV:Tanrı Azərbaycan Xalqına Ümummilli Lider Heydər Əliyevi Yeganə Xilasgar Kimi, Yeganə Şans Kimi Qoruyub Saxlamışdır...-VİDEO-FOTOLAR
Faiq ƏHMƏDOV:Tanrı Azərbaycan Xalqına Ümummilli Lider Heydər Əliyevi Yeganə Xilasgar Kimi, Yeganə Şans Kimi Qoruyub Saxlamışdır...-VİDEO-FOTOLAR
Oxunub: 4171
XƏBƏR LENTİ

Reklam
Məzənnə