SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

SÜRÜŞMƏYƏ MEYİLLİ ƏRAZİLƏR AÇIQLANDI

19-12-2015, 11:48 | Oxunub: 13 657 |

SÜRÜŞMƏYƏ MEYİLLİ ƏRAZİLƏR AÇIQLANDI
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutu Böyük Qafqazın dağlıq ərazilərinin sürüşmə prosesi üzrə təhlükəlilik dərəcəsini qiymətləndirib. İnstitutdan redaksiyamıza verilən məlumata görə, bu zaman sürüşmələrin fəallığının dərəcəsini özünə daxil edən bütün parametrlər - ərazinin seysmoaktivliyi, antropogen təsir, torpaq-bitki örtüyünün deqradasiyasının səviyyəsi, eroziya parçalanması və sürüşmənin dinamikası nəzərə alınıb.

Aparılan araşdırmalara əsasən, ümumi ərazisinin 65-70%-nin sürüşmələrlə əhatə olunduğu ən gərgin geosistemi olan ərazilər daha təhlükəli hesab edilib. Bu ərazilər Böyük Qafqazın orta və aşağı dağlıq zonaları - Vəlvələçay, Girdimancay, Gilgilçay, Ataçay, Pirsaatçay və başqa çay hövzələridir.
Bununla yanaşı, məlum olub ki, son illərdə Böyük Qafqazın cənub meylinin yüksək dağlıq zonasında - Girdimançay-Tikanlıçay çayları arasında sürüşmə prosesləri xüsusilə fəallaşıb. Buna səbəb antropogen amillərin hədsiz artması - bu ərazilərdə mal-qaranın çox otarılmasıdır. Böyük Qafqazın şimal-şərq meylinin orta dağlıq zonasında meşələrin intensiv kəsilməsi sürüşmələrin aktivləşməsinə təkan verib.

Böyük Qafqazın Azərbaycan hissəsində son 15 ildə qeydə alınan ən təhlükəli sürüşmə prosesləri:
- Bakının Bayıl yamacı, Nobel prospekti, Dilarə Əliyeva küçəsi;
- Qusar rayonunun Urva, Sudur, Elik kəndləri;
- Quba rayonu, bu rayonun Dəlləkli, Küncüt, Güləzi, Afurca, Buduq kəndləri;
- Muğanlı-İsmayıllı avtomobil yolu;
- Quba-Xınalıq yolunun 29-cu km-i;
- Şamaxı rayonu, rayonun Muğanlı, Çağan, Çiçi kəndləri;
- Bakının Xətai, Səbail, Sabunçu rayonları, Badamdar qəsəbəsi;
- Abşeron rayonunun Masazır qəsəbəsi;
- Ağsu və Şamaxı avtomobil yolu;
- İsmayıllı rayonunun Xankəndi kəndi;
- Bakı-Sumqayıt yolu.


Son 15 ildəki sürüşmələrin çoxu 2010-cu ildən sonrakı dövrdə baş verib. 2000-ci ildə yalnız Bayıl yamacında 1 (sürüşmə şəhərsalma qaydalarının pozulması, yamacın ağır yüklənməsi səbəbindən), 2005-ci ildə Bakının Nərimanov prospektində 2 (evlərin zirzəmilərinin su ilə dolması və Mikayıl Muşfiqin heykəlinin yanındakı çoxmərtəbəli evin bünövrəsində aparılan işlərlə əlaqədar) və Dilarə Əliyeva küçəsində 1 (tikinti zamanı 50 metrlik su kəməri borusunun partlaması nətiəsində) sürüşmə qeydə alınıb.

Araşdırmalar göstərib ki, Abşeron yarımadası, xüsusilə Bakı şəhəri şəhərsalma qaydalarının pozulmasına görə sürüşmə proseslərinə daha meyllidir. Sürüşmələr Qusar maili düzənliyinin daxilində geniş inkişaf edib. Böyük Qafqazda sürüşmələr, demək olar, bütün şaquli zolaqlarda formalaşıb.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR